Soyuducuda olarkən xarab olan qidalar hansılardı

Soyuducuda olarkən xarab olan qidalar hansılardı
Faydalı məsləhətlər
10.09.2017 6
Qidalarımız xarab olmasın deyə, təzə, təravətli qalması üçün onları soyuducuda saxlayırıq. Lakin, bəzi qidalar var ki, onları əsla soyuducuda saxlamağa gərək yoxdu.Əksinə, soyuducuda olduğu müddətdə öz dadını və keyfiyyətini itirmiş olar. Bu hansı qidalardı?



Pomidor

Pomidor soyuducuda bütün dadını itirir. Soyuq hava pomidorun canlılığını və təravətini itirməsinə səbəb olur.



Reyhan

Reyhanı soyuducuda saxlasanız tez bir zamanda solar və ətarfında olan digər qidalar da öz ətrini hopdurar. Ən yaxşsı, onu kənarda, sanki, çiçək kimi bir stəkan ya su dolu bir qabın içində saxlayın.



Kartof

Kartofu soyuducuda saxlamaq onun nişastasının şəkərə çevrilməsinə səbəb olur. Kartofu kağız bir paketə qoyub sərin bir yerdə saxlasanız daha yaxşıdı. Kağız paketlər plastiklərdən daha çox ifaydalıdı,çünki bu nəfəs almalarını və gec çürümələrini təmin edir.



Soğan

Əgər soğanı soyuducuya qoysanız nəm onları yumuşaq və kifli hala gətirəcəkdir. Soğanları sərin və quru bir yerdə saxlamalısınız. Eyni zamanda ,soğanlarla kartofları bir-birindən ayrı yerləşdirməlisiniz.Bərabər saxlandığı zaman ikisi də daha tez xarab olur.



Sarımsaq

Soyuducuda saxlanan sarımsaq, sonunda cücərməyə başlayacaq və kiflənəcəkdi. Sarımsağı da sərin və quru bir yerdə saxlamalısınız.



Zeytun yağı

Zeytun yağını da quru və sərin bir yerdə saxlamalısınız amma soyuducudan uzaq saxlamalısınız. Cünki, soyuducuda zeytun yağı qatı yağ vəziyyətinə gələcəkdir.



Qəhvə

Əgər soyuducunuzda qəhvə varsa, bütün dadını itirəcək və soyuducudakı digər qidaların qoxularını da özünə çəkəcək. Ancaq həddindən artıq qəhvəniz varsa,dondurucu hissədə saxlamağınız daha uyğundu.



Bal

Balı soyuducuda saxlamağa heç ehtiyaç yoxdu. Ağzını möhkəmcə bağladığnız müddətdə sonsuza qədər kənarda saxlaya bilərsiniz. Balı soyuducuya qoymaq kristallaşmasına və qəndləşməsinə səbəb olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!