Ev təmizliyində limonu ön sırada saxlayın

Ev təmizliyində limonu ön sırada saxlayın
Faydalı məsləhətlər
10.09.2017 118
* Limon da sirkə kimi təbii bir maddədir. Evinizdəki təmizlik işlərini Limon və suyu ilə apara bilərsiniz.



* Ortadan iki hissəyə bölünmüşmiş limonu su dolu qabın içində otağınızın bir küncünə qoyun. Havadakıxoşagəlməz qoxular yox olacaq.



* Yarım limonu qabyuyan maşının içinə qoyun və yuyun. Stəkan və boşqabların necə parlaq olduğunu görəcəksiniz.



* Mərmər üzərində sarı ləkələr varsa, limon və duz il ovxalayın. Ləkə gedəcəkdir.(Duzsuz etməyin, mərmərinizdə ləkə qoyar.)



* 2 litr suya 1 stəkan sirkə və yarım limon suyu sıxaraq hazırlamış olduğunuz məhlulla hər cür səthləri silə bilərsiniz.



* 1 ədəd limon suyuna 2 çay qaşığı zeytun yağı qarışdırın. Bu da mebel cilası sizin üçün.



* İnadkar ləkələrin üzərinə limon sıxın və 1 saat gözləyin sonra yuyun ləkələr gedəcək.

.

* Sirkəylə olduğu kibi ət, toyuq kəsdiyiniz taxtanı limonla ovuşturaraq dezenfeksiya edin.



* Sobanın içində qalan ləkə və artıqları çıxarmaq istəyirsinizsə, sobanın nimçəsinin içinə 1 limon suyu sıxın və tökülməyəcək şəkildə su əlavə edin. 250 dərəcəyə nizamladığınız sobanıı 15 dəqiqə qızdırın. Ləkə və artıqların asanlıqla getdiyini görəcəksiniz.



* Dəri divan və əşyalarınızı limon qabığı ilə ovun. Yeni alınmış kimi görünəcəkdir.



* Mətbəx dəzgahlarını təmizləmək üçün 1 litr suya 1 limon suyu və 1 çay qaşığı duz atın. Bu məhlul mətbəxinizi tərtəmiz edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!