Bu kosmetik məhsullardan istifadə etməyin

Bu kosmetik məhsullardan istifadə etməyin
Faydalı məsləhətlər
10.09.2017 8
Gündəlik həyatda dəri intensiv şəkildə çirkli havaya və toza məruz
qalır. Gün ərzində məruz qaldığımız günəş şüaları, siqaret və digər
müxtəlif amillər də dərinin tez qocalmasına səbəb olur. Türkiyəli
kosmetoloq və dermatoloq Fulya Tezel bildirib ki, dərinin sağlam olması
üçün ona qulluq edilməsi şərtdir. Onun sözlərinə görə, dəri qocalmasının
qarşısını almaq üçün axşam yatmazdan əvvəl makiyajı mütləq silmək
lazımdır.



Beləliklə, dərinin üst təbəqəsində yaranmış yağ, ölü
dəri, bakteriya, göbələk və toplanmış kir aradan qalxır. Nəmləndirici
məhsullar isə təmizləyici məhsulların qurutduğu dərinin nəm ehtiyacını
ödəyir.



Kosmetoloq "Krem və ya təmizləyici məhsul seçməzdən əvvəl
onun dəri tipinizə uyğun olub-olmamasını müəyyən etmək vacibdir.
Başqasının dərisinə yaxşı təsir edən məhsul sizin dərinizə uyğun gəlməyə
də bilər. Məsələn, rəfiqənizin dərisinə çox yaxşı təsir edən bir məhsul
sizin dərinizdə əks reaksiya göstərə, hətta sızanaqların yaranmasına
gətirib çıxara bilər. Dəriyə qulluq, nəmləndirici kremlərdən istifadə,
kosmetik məhsulların təbii tərkibli olması dərinin təravətini uzun
müddət qoruyub saxlamasını təmin edir. Ən əsası isə, qocalmaq
istəmirsinizsə, dərinizi saxta məhsulların hücumuna məruz qoymayın! ” –
deyə bildirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!