Dadlı toyuq bişirmək üçün bir neçə məsləhət

Dadlı toyuq bişirmək üçün bir neçə məsləhət
Faydalı məsləhətlər
10.09.2017 63
Toyuq mətbəxlərimizdə sıxlıqla istifadə etdiyimiz qida növləri arasında iştirak edir. Bir çox növ yeməyini etdiyimiz toyuğun necə daha ləzzətli ola biləcəyi ilə əlaqədar ipuclarını sizlər üçün araşdırdım.



*Bişirmədən əvvəl toyuğun üzərinə yarım limonun suyunu yaxşıca çəkin , daha sonra da toyuğun üzərinə və içinə rəndələnilmiş limon qabığı səpsəniz toyuq daha yumşaq və gözəl qoxulu olacaq, yeməyinizə ləzzət qatacaq.



*Sobada bütün olaraq toyuq bişirərkən, üzərinə qoyduğunuz ədviyyatlardan iç qisimlərinə də səpsəniz, ləzzət qazanacaq.



*Sobada toyuq qızardarkən şüyüd, cəfəri kimi təzə göyərtiləri dərisinin altına yerləşdirməniz, göyərtilərin yanmasının qarşısını alar və daha ləzzətli bir nəticə əldə etmənizi təmin edər.



*Daha əvvəldən bişirdiyiniz toyuğu təkrar istilədərkən, ləzzətini itirməməsi üçün, benmari üsuluna müraciət edə bilərsiniz. İstilətmək istədiyiniz toyuq parçalarını bir süzgəcə yerləşdirin; qazanda bir az su qaynadın və süzgəci qazanın üzərinə oturdun. Buxarda isidilən toyuq ləzzətindən heç bir şey itirməyəcək. Ayrıca, gərək toyuq yeməklərini gərəksə digər yeməkləri, bişirib bir dəfə soyuducuya qoyduqdan sonra dəfələrlə istilətmək yerinə, hər səfərində yeməyiniz qədərini istilətsəniz, yeməklərinizin ləzzətini qorumuş olarsınız.



*Sobada toyuq qızardılacağı zaman toyuğun yaxşı qızarması üçün limonu ikiyə bölün, yarısı toyuğun üzərinə basdırılaraq yaxşıca sürtülər, digər yarısı isə toyuğun içinə yerləşdirilər. Bu sayədə toyuq nar kimi qızarar.



*Sobada toyuq qızardılacağı zaman toyuğun yaxşı qızarması üçün bir digər üsulda da, sobada toyuğu bişirərkən üstünə sürtülən yağa bir az şəkər əlavə edilər.



*Sobada bişirilən toyuq dərhal yeyilməyəcəksə, qurumasını önləmək üçün, sobadan çıxarılan toyuğun üzərinə marqarin və limon suyu sürtülər. Sonra alüminium folyoya sarılar. Beləcə toyuq yumşaq olaraq mühafizə edilər.



*Sobada toyuğun döş ətinin qurumaması üçün budları bir-biri üzərinə çarpaz qoyun. Ancaq bişmə müddəti yarılanınca kürək üstü yatırdın.



*Toyuğun ləzzətli olması üçün, 3 yemək qaşığı qatıq, bir yemək qaşığı bibər sousu, bir miqdar zeytunyağı və bir az da qırmızı pul bibər qoyub yaxşıca qarışdırın. Toyuqları bu sousa bulayın və bir neçə saat soyuducunda gözlədin. Ardından sobada bişirin.

*Toyuğu qaynadarkən içinə 1 diş sarımsaq qoysanız toyuğunuz daha ləzzətli olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!