Herpesə əlvida

Herpesə əlvida
Faydalı məsləhətlər
10.09.2017 21
Herpes ən çox dodaq və burunda yaranan horadır. Bu yaralar virusun orqanizmdə inkişaf etməsindən yaranır. Virusun yaranma səbəbləri isə müxtəlifdir:

Soyuqdəymə.

Menstruasiya öncəsi günlər.

Yanlış qidalanma.

Qəhvə, spirtli içki və siqaret.

Güclü stres.

Orqanizmin intoksikasiyası və zəifləməsi

Hamiləlik dönəmi



Herpesin əmələ gəlməsi bir neçə mərhələdən ibarətdir. İlk öncə əmələgəlmə bölgəsində yüngül yanğı hissi başlayır. Bu hiss 1 gün sizi narahat edir. Daha sonra qızartı və şişmə müşayət olunur. Daha sonra yara əmələ gəlir. Bir müddət sonra yara getdikcə soyulan qaysaqla örtülür.  Bu virusdan dərman və xalq təbabəti vasitəsilə ən yaxşısı ilkin mərhələdə mübarizə aparmaqdır.



Tibbi vasitələr

Herpesi virusa qarşı "Tsiklofir”, "Flusinar” kimi dərmanlarla müaəlicə etmək olar. Müalicə 5 gün davam etməlidir.



Xalq təbabəti

Dodaqğınızda yanğı hissi başladıqda üzərinə salfetkaya bükülmüş buz qoyun. Herpes yarasının çıxacağı yerə duz da qoya bilərsiniz. Bala sarımsaq qataraq dodağınıza sürtmək faydalı olacaqdır.



Herpesə meyillisinizsə profilaktika üçün bu tədbirləri görməyiniz məsləhətdir.

Soyuqdəymədən qorunun

Stresdən uzaq durun.

Təmiz havada çox vaxt keçirin.

Mütəmadi olaraq idmanla məşğul olunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!