Gecələr corabla yatmayın

Gecələr corabla yatmayın
Faydalı məsləhətlər
10.09.2017 27
Soyuqların
düşməsilə əlaqədar əksər insanlar ayaqlarında kəskin üşümə halları
yaşayır. Bəzən nə qədər çalışsanız da ayaqlarınız isinmək bilmir. Hətta
isti otaqda olanda, isti corab geyinsəniz də, gecə isti yorğanın altında
yatanda da ayaqlarınız "buz kimi" soyuq olur. Əgər bu hal sizi daim
narahat edirsə, həkimə müraciət edin. Bu orqanizmdə olan bəzi
xəstəliklərin və pozulmaların simptomu ola bilər. 



Qan
dövranı pozulmarı, damar xəstəlikləri, varikoz xəstəliyi, qalxanvari
vəzi xəstəlikləri (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin
ləngiməsi), şəkərli diabet, Reyno sindromu, osteoxondroz, dəmirdefisitli
anemiya, arterial təzyiqinin dəyişilməsi kimi pozğunluqlar zamanı özünü
göstərir.



Yalnız
əsas xəstəliyi aşkar edib müalicə edəndən sonra siz bu xoşagəlməz
simptomdan qurtula bilərsiniz. Əksər insanlar bu vəziyyətdə qaldıqda
çıxış yolunu gecələr corab geyinərək yatmaqda görürlər.



Qadınlar.biz  sizə gecə corab geyinərək yatmağı sizin sağlamlıığınız üçün nə qədər zərəli olduğunu araşdırıb.



Dar
toxunmuş corabların uzun müddətli təsiri ayaqlarınızda qan dövranının
pozulmasına gətirib çıxara bilər. Qan dövranının pozulması get-gedə
ayaqlarda göyərmələrə, dırnağın quruluşunun dəyişilməsinə və dərinin
qurumasına gətirib çıxarır.







Corab
geyinərək yatan insanlarda ayaqların tərləməsi və uzun müddət havasız
qalması nəticəsində göbələk xəstəliklərinin yaranmasına gətitrib
çıxarır. Hətta əksər insanlarda dəridə eqzemaların əmələ
gəlməsinə səbəb olur. Eqzema dəridə müxtəlif səbəblərdən əmələ gələn
dəri xəstəliyidir ki, qızarma, şişkinlik və qaşınma ilə müşahidə olunur.







Bəzən
yuyulub yenidən geyindiyiniz corablarda az da olsa yuyucu maddə
qalıqları qalır ki, bu da allergik dermatitlərə səbəb olub ayaqda
qızartı, qaşınma kimi əlamətlərlə özünü göstərir. Odur ki, corabları
yuduqdan sonra onlar mütləq yaxşıca durulanmalıdır.







Ayaq
dırnaqları ətə batmayacaq formada kəsilməli, ayaqlar yuyulduqdan sonra
barmaq araları yaxşıca qurudulmalıdır. Bütün bunlara əməl olunmaması
ayaqlarda müxtəlif dəri xəstəliklərinin yaranmasına gətirib çıxara
bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!