Dırnağınızı yeməyin yoxsa...

Dırnağınızı yeməyin yoxsa...
Faydalı məsləhətlər
10.09.2017 30
Hər
kəsin bir vərdişi var. Bəzisi yaxşı, bəzisi isə, pis. Bəzən çalışsaq
belə, bu vərdişlərdən xilas ola bilmirik. Məsələn, dırnaqları yemək
kimi. Dırnaq yemək bu gün həm uşaqlarda, həm də böyüklərdə müşahidə
edilən pis vərdişlərdən biridir. Bir çox insan dırnaqlarını yediyini heç
ağlına da gətirmir. Yalnız ətrafdakıların xəbərdarlığından sonra bu pis
vərdişin qurbanı olduqlarını anlayırlar.

Mütəxəssislər
bildirirlər ki, həddən artıq stress keçirənlər, qayğı, əsəb, xəyal
qırıqlığı ilə üzləşənlər dırnaq yeməyə meyllidirlər.

Tibbdə xəstəlik kimi qəbul edilən bu halın qarşısı mütləq alınmalıdır.
Zərərsiz hesab edilən bu vərdiş mütəmadi hal aldıqda, təhlükəli
xəstəliklərə səbəb ola bilər. Belə xəstələrin həm dırnaqları zərər
görür, həm də dişlərinin minası korlanır.

Dırnaq udulursa, yemək borusu, mədə və bağırsaqlarda təhlükəli
xəstəliklər baş qaldıra bilər. Əllərimizi nə qədər çox yumağımızdan
asılı olmayaraq, mikroblar dırnağa yığılır. Ona görə də, dırnaq yemək bu
mikrobların bədənə daxil olmasına şərait yaradır.

Bəs bu vərdişi tərgitmək üçün nə etmək olar?



Dağdağan ağacı yağı

Bu yağın dadı acı olur. Yağı dırnaqlarınıza çəksəniz, dırnaqyemə vərdişi öz-özünə keçib gedəcək.



Sarımsaq

Dırnaqlarınıza sarımsaq çəkin. Əgər qoxusu sizi narahat edirsə, sarımsaq yağından da istifadə edə bilərsiniz.



Dırnaqlarınızı vaxtaşırı tutun

Dırnaqlarınızı uzatmağa çalışmayın.



Süni dırnaqlar

Süni dırnaqlardan istifadə edin. Onlar normal dırnaqdan daha möhkəm olduğu üçün yeyə bilməyəcəksiniz.



Yeni vərdişlər qazanın

Stress və depressiyadan əziyyət çəkdiyiniz zaman hörgü hörün, yemək
bişirin və ya digər əl işləri ilə məşğul olun. Bunların heç birini edə
bilməsəniz, musiqi dinləyin.



Saqqız çeynəmək də bu vərdişi tərgitməyə kömək edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!