Stresi aradan qaldırmağın 10 yolu

Stresi aradan qaldırmağın 10 yolu
Faydalı məsləhətlər
10.09.2017 16
Payız-qış
aylarında əksər insanlar ruh düşkünlüyü və depresiya halları keçirir.
Əsasəndə saralmış yarpaqlar töküləndə, yağışlar yağmağa başlayanda
əksəriyyət insan özünə qapanır. Ağır iş rejimində işləyən insanlar daha
çox gərgin olular. Əsəb və stres günümüzün acı realığıdır. Çox təssüf
olsun ki, bunlardan qaçmaq mümkün deyil.



Amma
unutmaq olmaz ki, həyat gözəldir onun hər anından həzz almaq lazımdır.
Bir qədər pozitiv olun və baş verən hadisələrə yaxşı tərəfdən yanaşaraq
əhvalınızı daim yüksək saxlayın.



Qadınlar. biz   sizlərə streslə başa çıxmağın 10 yolunu təqdim edir.



İş
saatını kompyuter arxasında keçirən insanların üzündəki mimik əzələləri
gərginləşir və baş bu gərginliyə tab gətirə bilməyib ağrıyır. Bir qədər
özünüzə vaxt ayırıb, dincəlmək üçün saçalarınızı 15-20 dəqiqə darayın.
Bu üsul qan dövranını sürətləndirəcək və əzələləri rahatlaşdıracaq.







Stresə
və yorğunluğa yaxşı təsir edən üsullardan biridə alnın masajıdır. Siz
alnınızı əsasəndə qaşların arasını 30 saniyə ərzində masaj edin. Bu üsul
gözlərinizin yorğunluğuna yaxşı təsir edəcək.







Ağır
günlər keçiririsizsə evdə rəqs edin. Əgər bu da yetmirsə mütləq bir
rəqs kursuna yazılsanız yaxşı olar. Musiqi ritmləri altında hərəkət
etmək əsəblərə müsbət təsir göstərir. Əbəs yerə deməyiblər ki, musiqi
ruhun qidasıdır.







Şərq
aləmində belə bir deyim var əgər qəm-kədərdən azad olmaq istəyirsinizsə
evdə 27 əşyanın yerini dəyişin. Evdə əşyaların yerini dəyişərək
beyninizi bu işlə məşul edib, fikirlərdən uzaq düşə bilərsiniz. Evdəki
bu yenilik sizə müsbət təsir göstərəcək.







Pilləkənlə
qaçaraq yuxarı-aşağı hərəkət etmək emosional stress zamanı işə yarayır.
30 saniyə ərzində çıxıb, düşməyi özünüzə məqsəd qoyun və hərəkətə
başlayın. Bu zaman beyninizdə oksigenin axınını güclənəcək.







Psixoloqların
fikrincə şəkil rəngləmək yorğunluğun aradan qaldırılmasına kömək edir.
Bir neçə dəqiqə rəngli boyalarla şəkil çəkmək yaxud da rəngləmək əhval
ruhiyyəni qaldırır və beləcə yenidən işə həvəslə başlayırsınız.







Əlləri
başın arxasında cəmləyərək dartınmaq. Bu üsul yorğunluqdan
elastikliyini itirmiş boyun və boyun ətarfı əzələlərin iş qabiliyyətini
bərpa edir və gümarahlaşdırır. Bu hərəkətin nəticəsi olaraq baş və boyun
hissəsindəki ağrılar azalır.







Evdə,
ofisdə əşayalarınızı yerbəyer etmək, səlqəyə salmaq stresi aradan
qaldıran üsullardan hesab olunur. Təmiz masa, səliqəli şkaf
psixoloqların fikrincə əsəblərin sakitləşməsinə müsbət təsir göstərir.







Əgər
həddində artıq gərginsinizsə evdə tək qalmağa çalışın. Beyninizi və
fikirlərinizi aydınlaşdırmaq üçün dincəlməyə çalışın. Soyuducudan ən
sevdiyiniz şirniyyatı çıxarın, ən sevdiyiniz yerdə əyləşin, və hər
şeydən çox nəyi arzuladığınızı düşünərək, sakitəşməyə çalışın.







Ətir
emosional yaddaşla sıx bağlıdır. İş yerinizdə çalışın ki, ən sevdiyiniz
güllərdən, ətirlərdən istifadə edərək əhvalınızı yüksəldəsiz. Otağın
ətri əhvala təsir edən başlıca amildir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!