Zeytun yağından məişətdə faydalanmaq qaydaları

Zeytun yağından məişətdə faydalanmaq qaydaları
Faydalı məsləhətlər
10.09.2017 14
Zeytun
yağının faydaları haqqında hər kəs məlumatlıdır. Ondan salatlarda və
yeməklərdə istifadə etmək orqanizm üçün çox faydalı hesab olunur. Adətən
pəhriz saxlayan insanların tez-tez istifadə etdiyi zeytun yağı
kosmetologiyada da geniş istifadə olunmaqdadır. 



Zeytun
yağının əsas tərkib hissəsi doymamış yağ turşularıdır. Bu yağ turşuları
qanda sağlamlıq üçün zərərli xolesterinin səviyyəsini endirirlər.
Aparılmış tədqiqatlarda müəyyən olunmuşdu ki, zeytun yağı istifadəsi
ürək-damar xəstəliklərinə tutulma riskini 40% azaldır. 



Bu qədər xeyirli bir məhsuldan təkcə sağlamlıq üçün deyil, diğər məişət işlərində də geniş şəkildə faydalanırlar.



Qadınlar.biz  oxucularına zeytun yağından faydalanmağın digər yollarını təqdim edir.



Zeytun
yağından evdəki mebellərin təmizlənməsində istifadə edə bilərsiniz.
Bunun üçün, sprey şüşəsinə bir az zeytun yağı, bir az limon suyu və ya
ağ sirkə əlavə edin. Qarışımı mebelin üzərinə səpib, bir neçə dəqiqə
gözlədikdən sonra quru əski ilə silin.



Əgər
evinizi boyayarkən saçlarınız boya olubsa bunun üçün müxtəlif kimyəvi
maddələrdən istifadə etməyə ehtiyac yoxdu. Bu işdə də zeytun yağından
yararlana bilərsiniz. Saçlarınızın boyaya batmış hissəsini zeytun yağı
ilə təmizləyin.



Kişilər, təraş köpüyünüz bitibsə, sabunla vaxt itirməyin. Zeytun yağını üzünüzə sürtüb rahatlıqla təraş edə bilərsiz.



Saç
nəmləndiricisi qismində müxtəlif balzamlardan istifadə edirsiniz.
Kimyəvi tərkibli bu balzamlar saçlarınıza zaman keçdikcə öz mənfi
təsirini göstərir. Onun əvəzinə zeytun yağını mikrodalğalı sobada
qızıdırıb saçlarınızın codlaşmış hissələrinə sürtərək 45 dəqiqə
saxladıqdan sonra yuya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!