Soyuqdəymənin qarşısını almaq üçün 7 faydalı məsləhət

Soyuqdəymənin qarşısını almaq üçün 7 faydalı məsləhət
Faydalı məsləhətlər
10.09.2017 8
İnsanların
əksəriyyəti fikirləşir ki, soyuqdəymə xəstəliklərinin səbəbi məhz soyuq
hava olur - insan havaya uyğun geyinmir və ya yağışa düşür, üşüyür və
nəticədə xəstələnir.

Lakin
bu belə deyil. Soyuqdəymə xəstəliklərinin "taqsırkarı" soyuq hava
deyil, müxtəlif viruslardır. Sadəcə orqanizmin soyuması immun sistemini
zəiflədir, immunitet viruslara lazım olan səviyyədə müqavimət göstərə
bilmir və nəticədə xəstəlik inkişaf edir.

Beləliklə,
soyuqlama virus xəstəliyinin inkişafına təkan verə bilər. Bu səbəbdən
əgər siz soyuğa, yağışa düşmüsünüzsə, bu tövsiyələrdən istifadə edin:

 

1. Paltarınızı
dəyişin, isti paltar, isti corab geyinin. Bədəninizi və ayaqlarınızı
quru dəsmalla yaxşıca sürtün. Bu qan dövranını sürətləndirir və bədən
daha tez qızışır.

2. Dərhal
isti qara və ya yaşıl çay limonla və ya itburnu, zəncəfil dəmləməsi,
çobanyastığı çayı için. Bal əlavə edə bilərsiniz. Bal immun sistemini
gücləndirir və həmçinin çox güclü virus və iltihabəleyhinə təsirə
malikdir.

3. Adi
xörək duzunu tavada yaxşı qızdırın və kiçik torbalara töküb burnunuza
qoyun. Burun boşluğunda hərarətin yüksəlməsi orqanizmin virusəleyhinə
müdafiəsini gücləndirir.

4. İsti
suya (45-50 C) 3-4 xörək qaşığı xardal tozu tökün və 10-15 dəqiqə
ərzində ayaqlarınızı bu suda saxlayın. Daha sonra ayaqlarınız yaxşı
qurulayın, isti yun corab  geyinin və dərhal yatmağa gedin.

5. Həkimlərin fikirinə görə, yaxşı yuxu soyuqdəymənin qarşısını ala bilir. 8 saatdan az olmayaraq yatın.

6. Yatmazdan
əvvəl yun corablara 1-2 çay qaşığı xardal tozu tökün, corabları geyinin
və belə yatın. Xardal tozu ayaqları yaxşı isindirir.

7. Yatmazdan
əvvəl belə "müalicəvi" buterbrod yeyə bilərsiniz: 1 diş sarımsağı xırda
doğrayın, kərə yağı ilə qarışdırın və çörəyə çəkib yeyin. Sarımsaq
immun sisteminə müsbət təsir edir və həmçinin virisəleyhinə təsirə
malikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!