Dərmansız öskürəkdən xilas olmağın yolları

Dərmansız öskürəkdən xilas olmağın yolları
Faydalı məsləhətlər
10.09.2017 43
Öskürək xəstəliyi deyə bir şey yoxdur. O, hər hansı xəstəliyin simptomudur və əksər hallarda orqanizmin qoruyucu refleksidir.



Öskürək
zamanı orqanizmdən mikroblar, selik, toz və s. zərərli və yad maddələr
xaric olunur. Lakin bu yalnız nəm öskürəyə aiddir. Quru və uzunsürən
xroniki öskürək orqanizmə heç bir kömək etmir və əksinə müxtəlif
fəsadlara, yırtıqlara, ürək fəaliyyətinin pozulmasına səbəb ola bilər.
Ev şəraitində öskürəyin qarşısını almaq onu dayandırmaq mümkündür. 



Qadınlar.biz
oxucularına ev şəraitində hazırlayacağınız çay yaxudda müxtəlif
qarışımlarla öskürəkdən azad olmağın yollarını təqdim edir. 



Boğaz
yolları açan və bəlğəmin hərəkətini sürətləndirən qara istiotu bal ilə
qarışdırmaq öskürəyin qarşısını alacaq vasitələrdəndir. Qara istiot
çayının hazırlanma qaydası çox sadədir. 1 çay qaşığı üyüdülmüş qara
istiot, 2 yemək qaşığı bal bir çay fincanında qarışdırılır. Üzərinə
qaynar su əlavə edildikdən sonra 15 dəqiqə dəm almasını gözləyib içə
bilərsiniz. Bu çay əsasən bəlğəmli öskürəyin qarşısını alır.



Ön
tənəffüs yolları infeksiyaları, bronxit kimi xəstəliklər zamanı
kəklikotu və bal çayından istifadə edin. Kəklikotu yarpağının öskürək
zamanı faydası artıq isbatlanmışdır. Üzərinə bal əlavə edərək içməksə
daha faydalı olacaq.



Limon,
qara istiot və duz. Bu üçlükdən ösküryə xeyirli ola biləcək bir qarışım
hazırlamaq mümkündür. Bir limonu 4 yerə bölün və bir dilimin üzərinə
duz və qara istiot səpin. C vitamini ilə orqanizminizi zənginləşdirərkən
digər tərəfdən öskürəyinizi də yox etmiş olacaqsınız.



Boğazdakı
qıcıqlanmanı aradan qaldıran ən effektli içki ilıq südlə bal
qarışımıdır. Bir stəkan ilıq südə bal qataraq içmək boğazda
qıcıqlanmanın və öskürəyin qarşısını almaq üçün ideal vasitə hesab
olunur.



Badam
və portağal suyu da öskürəyin qarşısını almaq üçün əla vasitədir.
Badamları rəndələyərək təzə sıxılmış portağal şirəsində qarışdırın. Bu
ləzzətli, həm də şəfalı içki öskürəyinizin qarşısını alacaq.



Payızın
son ayını yaşayırıq əsil heyva sezonudur desək yanılmarıq. Heyvanın
meyvəsini yeyib çəyirdəyini atmaqla səhv etmiş olarsınız. Çünki onun
tumlarını 2 stəkan su ilə yaxşıca qaynadıb içmək öskürəyin qarşısını
alacaq təbii vasitədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!