Gözəllik üçün sağlamlığından olanlar

Gözəllik üçün sağlamlığından olanlar
Faydalı məsləhətlər
10.09.2017 13
Qış
aylarında əsasən də xanımlar saçlarını düzləşdirdikdən sonra yaxud da
hər hansı bir formaya saldıqdan sonra dağılmasın deyə çölə çıxarkən
başlarına papaq qoymurlar. Necə deyərlər " Gözəllik qurban tələb edir”
devizini irəli tutaraq sağlamlıqlarını böyük təhlükə altına alırlar.
Unutmaq olmaz ki, sağlam can insana hər şeydən önəmli olmalıdır. Bir
düşünün canınız ağrıyarkən necə gözəl görünmək mümkündür. Soyuqda,
şaxtalı günlərdə papaq qoymamaq insan sağlamlığında çox ciddi fəsadlara
yol aça bilər.



Qadınlar.biz  sizə soyuq havalarda papaq qoymamağın ağır nəticələrindən söz açır.



İlk
növbədə bunu unutmaq olmaz ki, hər kəsin immun sistemi davamlılığı eyni
deyil. Kimisinə soyuq tez kimisinə isə zamanla öz təsirini göstərir.

Baş dərisinin soyuqlaması nəticəsində insan orqanizmi müxtəlif infeksiyon xəstəliklərə qarşı həssaslaşır.



Burun-udlaq
soyuqlamaya çox tez reaksiya verən orqanlardandır. Onların soyuq alması
səbəbindən insanda zökəmin, angina, bronxitin və s. iltihabların riski
xeyli artır. Xüsusilə bu xroniki angina, xroniki haymorit kimi
xəstəlikləri olan insanlar üçün ağır nəticələri ola bilər.



İnsanlar
tez-tez rast gəlinən orta qulağın iltihabı xəstəliyi olan otitin
yaranmasının əsas səbəbi də məhz qulaqlara soyuğun vurmasıdır.
Qulaqlarınız soyuğa həssas orqanlar olduğunu nəzərə alsaq soyuq qulaq
sinirinin iltihabına gətirib çıxardar. Nəticədə qulağın zəif eşitməsinə
və karlığa səbəb olur.



Başın
soyuqlamasının ağır nəticələrindən biri də üz sinirlərinin iltihabıdır.
Bu müalicəsi çox ağır olan xəstəlik nəticəsində üz əyilir. 



Soyuq vurma bəzən də insanlarda güclü baş ağrıları və kəllə daxili təzyiqin artması ilə nəticələnir.



Bir çox insanların əziyyət çəkdiyi ağır baş ağrıları ilə müşahidə olunan miqren xəstəliyidə məhz başa vuran soyuğun nəticəsidir.




ən əsasıda saç formasını qorumaq məqsədilə başınıza qoymadığınız papaq,
baş dərinizin damarlarını soyuğun təsiri ilə daralmaqdan qoruyaraq, saç
kapliyarlarının normal qidalanmasını təmin edir. 

Odur
ki, saçlarınızın tökülməsini istəmirsinizsə qışda başınıza papaq
qoymağı unutmayın. Nəzərə alın ki,insana ən böyük gözəlliyi onun
sağlamlığı bəxş edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!