32 dişiniz yoxdursa…

32 dişiniz yoxdursa…
Faydalı məsləhətlər
10.09.2017 16
Ağızda dişlərin sayının normadan az olması bəzi sağlamlıq problemlərinə yol açır.

 

Mütəxəssislər
hesab edir ki, dişlərinizi çəkdirdikdən sonra yerinə yeni diş
qoydurmamısınızsa, müəyyən problemlərlə üzləşməyə hazır olun.

 

Ağızda
dişlərin sayının az olması ilk növbədə kökəlməyə səbəb olur. Çünki
qidaları kifayət qədər  çeynəyə bilmirlər. Bu isə beynə doyma hissinin
daha gec çatmasına səbəb olur. Həzm sistemi zəiflədiyindən kökəlmə baş
verir.

 

Ağızda
dişlərin əskik olması sağlam dişlər üçün də təhlükə mənbəyidir. Belə
ki, sağlam dişlər bir müddət sonra ya yan tərəflərə əyilir, ya da həddən
artıq yük düşdüyü üçün tez çürüyür.

 

Diş
əskikliyi səbəbilə bəziləri qidaları ağzın bir tərəfində çeynəyirlər.
Bu isə çənəyə həddən artıq yük düşməsinə, çənə sümüyünün deformasıyasına
gətirib çıxarır. Bununla yanaşı, qidalar yaxşı çeynənilmədiyi üçün
mədədə qastrit və ya mədə xorası yaranır.

 

Əskik
dişlər xarici görkəmi də korlayır. Belə ki, bəziləri ön dişlərin
qayğısına qalır, arxa dişlərin əskikliyinin görünmədiyini düşünür. Ancaq
arxa dişlərdən bir neçəsi əskik olduqda yanaqlar çökür, üz dərisi daha
tez qırışır. Əskik dişlər sizi olduğunuzdan daha yaşlı göstərir.

 

Həkimlərin
sözlərinə görə, əskik diş psixoloji cəhətdən də mənfi təsir edir. Belə
ki, ağızda dişlərin olmaması insanı utandırır, özünə inamı azaldır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!