Ərzağı təzə saxlamağın yolları

Ərzağı təzə saxlamağın yolları
Faydalı məsləhətlər
10.09.2017 30
Dünyada bu qədər ac insan olduğu halda biz lazım olduğundan çox
aldığımız və sadəcə, saxlama qaydasını bilmədiyimiz üçün kilolarla
ərzaqı zibilə atırıq. Nəticədə də bu nəinki israfçılıq olur, üstəlik,
büdcəmizə də ziyan vurur.

Türkiyədə Sağlam Həyat Mərkəzinin direktoru doktor Özgür Şamilgil ərzaqı təzə saxlamağın praktik yollarına araşdırıb.

Almanın
üstündə çürük görsəniz, dərhal bir boşqaba qoyun. Çünki digərlərinin
yanında qaldıqda çürüyün onlara keçməsinə səbəb olur.

Bananın
təzəliyini qorumaq üçün salxımın kökünü neylon torbaya bürüyün. Digər
meyvələrin yanında saxlamayın. Bananın buraxacağı yüksək miqdarda etilen
qazı digər meyvələrin dəymə və çürümə prosesini sürətləndirdiyi üçün
ayrıca saxlanılmalıdır.

Böyürtkən, qaragilə, zoğal, moruq kimi
giləmeyvələri az sirkəli suda saxlasanız, kiflənməsinin və yumşalmasının
qarşısını alarsınız.

Pomidoru günəş düşməyən, otaq temperaturunda və
ya soyuducuda saxlamaq lazımdır. Meyvələrdən ayırmaq şərti ilə xüsusi
yerdə saxlanan pomidor kökü üstündə qalmalıdır. Sellofan torbada
saxlasanız, daha tez çürüyəcək.

Kəsilmiş və ya püre halına salınmış
avokadonun ortasını deşin, üzərinə limon suyu və ya zeytun yağı səpib,
plastik qapaq və ya filmlə bağlayıb soyuducuda saxlayın. Bu yolla
avokadonun qaralmasına mane olarsınız. Həmin meyvənin daha tez
yetişməsini istəsəniz, bir neçə gün otaq temperaturunda banan və ya
almanın yanına qoyun.

 

Tərəvəzlər diqqət istəyir!

Salat
üçün aldığınız göyərtilər yaşdırsa, dəsmala büküb əvvəlcə qurudun.
Açıqda saxlayaraq qurutsanız, öz suyunu itirə bilərlər. Geniş qaba qoyub
üstünə nəmini alması üçün qəzet kağızı yerləşdirin. Üstünü plastik
qapaqla və ya sellofanla bağlayın.

Kartofu soğanın yanında
saxlamayın, yoxsa daha tez cücərəcəklər. Almaların yanında saxlasanız
isə, əksinə, cücərməsinə mane olacaq.

Quru soğanı boru kimi torbanın
içinə, təsbeh dənəsi kimi tək-tək düzüb aralarına düyün ataraq saxlayın.
Torbanı köhnə bir şalvarla da əvəz edə bilərsiniz. Belə ki, şalvarın
balaqlarına düzdüyünüz soğanlar bir-birinə dəyməzsə, uzun müddət
cücərməz.

Yaşıl soğan yaşdırsa, əvvəlcə qurudun. Bıçaqla kəsin. Boş plastik butulkaya doldurub soyuducuya yerləşdirin.

Göbələkləri
kağız kisə içində, quru və sərin bir yerdə, soyuducuda saxlayın.
Göbələk plastik qapalı qabda saxlanmamalıdır. Çünki havasız qalanda tez
xarab olur.

Qulançarla maraqlanırsınızsa, saplaq hissəsindən bir az kəsib stəkanda suya qoyun və yağlı sellofanla soyuducuda saxlayın.

 

Ədviyyatlar təzə qalsın

Adaçayı,
kəklikotu kimi təzə və ətirli otları kəsib, zeytun yağı ilə doldurulmuş
kiçik buz qəliblərinin içinə qoyaraq dondurun. Lazım olduqda buz
qəliblərindən ehtiyacınız olduğu qədər donmuş kəklikotulu buzu çıxarıb
yemək bişirəndə istifadə edə bilərsiniz.

Cəfəri, reyhan kimi təzə
otların kökünü kəsib, su dolu stəkana qoyun. Daha sonra üstünü hava
keçirməyəcək şəkildə yağlı sellofanla örtüb soyuducuda daha uzun müddət
saxlaya bilərsiniz.

Kəklikotu kimi ətirli otların köklərini iplə bağlayıb asın. Bu vəziyyətdə bu otu uzun müddət mətbəxdə saxlamaq olar.

 

Süd məhsulları

Kəsilmiş
pendirin qurumasını əngəlləmək üçün onun kəsilən səthinə kərə yağı
sürtün. Pendir sellofanla örtülməməlidir. Yalnız yağlı və ya mumlu
kağıza bükdükdən sonra plastik sellofana qoya bilərsiniz. Bu şəkildə
qablaşdırılan pendir soyuducunun çox soyuq olmayan bir yerində uzun
müddət qala bilər.

 

Quru meyvələri kifdən qoruyun!

Nəm
və isti hava quru meyvələrin üzərində kif göbələyi və zəhər əmələ
gəlməsinə səbəb olur. Bu səbəbdən də, vakuumlu qablaşdırmada və
soyuducuda saxlansa, daha uzun müddət təzə kimi qalacaq.

 

Tez xarab olan məhsullara diqqət!

Süd
kimi asan xarab olan ərzaqları soyuducunun tez-tez açılan və bu
səbəbdən otaq temperaturundan daha asan təsirlənən yerində deyil, hava
dəyməyən rəflərində saxlayın.

Ət ilə müxtəlif ərzaqları eyni rəfdə saxlamayın, əks halda mikrob yoluxmasını asanlaşdırarsınız.

Çiy ətə toxunsanız, əlinizi yumadan başqa ərzaqlara vurmayın.

Bir çox xəstəliklərə yol aça bildiyi üçün alüminium əsaslı qablardan istifadə etməyin.

Soyuducunu
ağzına qədər doldurmayın. Soyuq hava dövranı yetərsiz olarsa, ərzaqlar
bərabər şəkildə soyumayacaq. Bu da ərzaqların daha çox korlanmasına
gətirib çıxarır.

Meyvə, tərəvəz və əti soyuducuya kiçik parçalara
ayırıb yerləşdirsəniz, onların arasına hava daha asan daxil olacaq və
tez xarab olacaq. Odur ki, meyvə, tərəvəz və əti soyuducuya doğramadan
saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!