Albalı və gilas ləkəsi necə çıxarılır?

Albalı və gilas ləkəsi necə çıxarılır?
Faydalı məsləhətlər
10.09.2017 26
Yay meyvələrindən olan gilas və albalı paltarlarda qalıcı ləkələrə səbəb olur. Bəs, həmin ləkələr necə çıxarılır?

Həmin meyvələri yeyərkən fərqində olmadan suyunu üstümüzə sıçrada bilərik. Açıq rəngli geyimlərin üzərinə düşən qırmızı ləkələr isə əhvalımıza soğan doğrayır. Bəs, ləkələrin qalıcı olmaması üçün nə etməli?



Albalı və gilas ləkəsini paltardan çıxartmaq üçün faydalı məlumatlar təqdim edirik:

Albalı ləkəsi pambıqlı geyimlərdən çox sadə üsulla çıxır. Belə ki, bir kasa ilə qaynar su yenicə ləkələnmiş paltarı xilas edir. Bunun üçün ləkələnən hissəni bir kasanın üzərinə qoyun. Qabın kənarlarına rezin keçirərək paltarı möhkəmləndirin. Sonra isti suyu bir qarış yuxarıdan aşağıya tökün. Bu üsulu ləkə hələ təzə ikən tətbiq etməlisiniz. Nəticə uğursuz olarsa, ləkə çıxmazsa, 1 qədər ilıq su ilə yarım çay qaşığı yuyucu tozu qarışdırıb ləkənin üstünə tökün. 15 dəqiqə belə saxlayıb sonra yuyun.

Spirt sürtərək də albalı və gilas ləkəsini təmizləmək mümkündür. Bu üsuldan sonra paltarı yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!