Saxta balı necə anlamaq olar?

Saxta balı necə anlamaq olar?
Faydalı məsləhətlər
10.09.2017 10
Bir çox dərdin dərmanı olan balın faydalarını saymaqla bitməz. Ancaq bu
fayda, bal təbiidirsə, öz təsirini göstərir. Bəs balın təbii və ya saxta
olduğunu necə anlamaq olar?  Bunu anlamaq mümkündür.

Təbii məhsullar kimyası üzrə mütəxəssis Sevil Gülsoy balın bilinməyən xüsusiyyətləri haqqında fikirlərini bildirib.

 

Kristallaşan ballar

Kristallaşan
balın şəkərli olduğu ilə bağlı cəmiyyət arasında yanlış fikir
formalaşıb. Halbuki şəkər qatılmış ballar çox uzun müddət
kristallaşmadan qala bilər. Təmiz və təbii ballar isə balın əldə
edildiyi çiçəklərin növündən asılıq olaraq fərqli olmaqla yanaşı
xüsusilə də qış aylarında və soyuqda saxlanıldığı tədqirdə bir neçə ay
kimi qısa müddətdə kristallaşa bilər. Bu tamamilə təbii bir proses olub
baldan istifadəni əngəlləyəcək bir problem deyil.

Bal kristallaşmış
şəkildə də yeyilə bilər. Eyni zamanda su vannası üsulu ilə isitmə
proseduru vasitəsilə (isti su dolu bir qabın içərisində balın
isidilməsi) kristallar əridilərək də istifadə edilə bilər. Kristallaşmış
balın istifadəsində sağlamlıq baxımından heç bir problem yoxdur.

 

Bal və şəkərin fərqi

Balı
şəkərdən fərqləndirən çok əhəmiyyətli bir amil var. Şəkər ancaq həzm
sistemində dəyişikliyə məruz qaldıqdan sonra qana qarışdığı halda, bal
həzmə ehtiyac olmadan çox sürətli şəkildə qana qarışır. Beləliklə də bal
insan bədəninin ən yüksək dərəcədə və ən sürətli şəkildə faydalana
biləcəyi bir qidadır. İlıq su ilə qarışdırılan balın bir neçə dəqiqə
ərzində bədənə enerji verdiyi müəyyən olunub.

 

Tarixin bioloji silahı

Tarixin
ilk bioloji silahının bal olduğunu qeyd edən Gülsoy ədəbiyyatda adı
"Rhododendron pontica” olan və xalq arasında "dağ gülü, meşə gülü”
olaraq tanınan bitkinin rəngli çiçəklərinin arılar tərəfindən bal əldə
etmək üçün istifadə olunduğunu qeyd edib. Bu bitkidən əldə edilən bal da
dəli bal adlandırılır. Bu çiçəyin tərkibində olan grayanotoksin birbaşa
ürəyə təsir edən zəhərdir. Huşun itirilməsi, əzələlərdə gərilmələrə
səbəb olur. İnsanda təzyiq şiddətli şəkildə aşağı düşərsə, hətta ölümə
də yol açan nəticələr doğura bilər. Buna görə də dəli balın çox
yeyilməsi və ya yaşlı insanlar tərəfindən yeyilməsi ölüm hallarına da
gətirib çıxara bilər. Sadəcə insanlar deyil, heyvanların belə bu
səbəbdən öldüyü müşahidə olunub. Bir çay qaşığından artıq yeyilməsi
zəhərlənməyə səbəb ola bilər.



Dəli bal az yeyilməlidir

Dünyanın ən
yaxşı bal növü olaraq göstərilən dəli bal bir çox xəstəliklərin
müalicəsində istifadə olunur və acı və büzücü dadı vardır. Çox az
yeyildiyi təqdirdə bir çox xəstəliyə dərmandır.

 

Şabalıd balı dəli bal deyil

Ən
çox qarışdırılan məsələlərdən biri də şabalıd balının dəli bal olduğu
düşüncəsidir. Dəli bal şabalıd balından fərqlidir. Meşə güllərinin
çiçəklənmə dövrləri fərqli olmaqla yanaşı şabalıd ağacları meşə
güllərindən sonra çiçək açır. Eyni bölgədən yığılan bu iki bal
ayrı-ayrılıqda yığılarsa, bu anlaşılmazlıq da aradan qalxmış olar.

 

Saxta balı anlamaq çox çətindir

Ən
yaxşı bal istifadəçisi olsanız belə, saxta balı təbii baldan
fərqləndirmək olduqca çətindir. Təbii bal ən doğru şəkildə laboratoriya
analizlərindən sonra məlum olur. Bu səbəbdən də balı mütləq etibar
etdiyiniz yerdən əldə edin.

 

Mütəxəssislər balın təbii olub-olmadığının bu şəkildə anlaşıldığnı bildirirlər:

– Bal soyuducuda kristallaşırsa, təbiidir.

– Təbii bal qaşıqla götürüldüyü zaman kəsintisiz gəlməlidir.

– Soyuducuda təxminən bir ay qalan balın krem və ya kərəyağı qatılığına gəlməsi balın təbii olduğunu göstərir.

– Soyuq havada donmayan bal təbii bal deyil. Zeytun yağı donduğu kimi, qabın alt qisimləri donarsa, bu, təbii baldır.

– Saxta balın rəngi biraz daha açıqdır.

– Təbii balın qoxusu yoxdur.

– Təbii bal daha qatıdır.

– Təbii bal şəkərlə hazırlanan bala nisbətən daha kəskindir. Artıq yeyildiyi zaman burunda yanğı hissi yaradır.

– Balda az da olsa şəkərdən qaynaqlanan alkoqol olması səbəbilə kibrit çöpü və ya kağız üzərində cızıldayaraq yanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!