Pas ləkəsinin təmizlənməsi

Pas ləkəsinin təmizlənməsi
Faydalı məsləhətlər
10.09.2017 10
Evinizdə tez-tez rastlaşdığınız narahat edici hallardan biri də əşyaların pas atmasıdır. Reklam olunan kimyəvi məhsullarla sürt ki, sürtəsən. Amma yenə heç bir nəticəsi yoxdur.

"Bəs nə edək?”, – deyə düşünməkdənsə, bu üsulu sınaqdan keçirin.

Soğan və şəkər pudrasını yeməyin içində düşünmək çətin və ürək bulandırıcıdır. Ancaq indi deyəcəyimiz yemək resepti deyil, evdə yararlana biləcəyiniz təmizlik üsuludur. Xüsusən də, çəngəl, qaşıq, bıçaqlarda yaranan pas ləkələri hər qadını boğaza yığıb. Bundan xilas olmaq üçün isə sizə həm şirin, həm acı bir üsul təqdim edirik.

Bir soğanı ikiyə bölün və üzərinə şəkər pudrası əlavə edin. Sonra bu şəkərli soğanla pas atmış əşyalarınızı sürtün. Ləkələrin getdiyini görəcəksiniz. Paslanmış bütün əşyalarınız üçün bu üsuldan istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!