Ağcaqanadlardan canınızı qurtarın

Ağcaqanadlardan canınızı qurtarın
Faydalı məsləhətlər
10.09.2017 23
Ağcaqanadlardan canınızı qurtarın

İsti yay axşamlarında insanlar təmiz havada oturmağı, çay içməyi sevir. Ağcaqanadlar isə rahat söhbət etməyə imkan vermir. Ailə.lent.az söhbətlərinizin yarım qalmaması üçün tərkibində heç bir kimyəvi qatqısı olmayan qarışım təqdim edir. Canınızı ağcaqanadlardan bununla qurtarın.



Tərkibi:

-4 banka

-40 damcı yağ (lavanda, limon, nanə, ekvalipt ola bilər)

-2 limon

-8 ədəd rozmarin və ya nanə yarpağı

-Su

-Şam

İki dənə rozmarini və ya nanəni hər bankaya yerləşdirin. Hər bankanın ¾-nü su ilə doldurun. Hər bankaya istədiyiniz yağdan 10 damcı əlavə edin. Limonları kəsib bankaya yerləşdirin. Üzərinə su əlavə edin. Bankaya şamı yerləşdirin və yandırın.

Mayeni hər 4-5 gündən bir dəyişdirin.



Bu sadə üsul sadəcə sizi ağcaqanadlardan xilas etməyəcək, eyni zamanda evinizə xoş ətir yayacaq və gözəl görünüş bəxş edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!