Makiyaj vasitələrinizi belə təmizləyin

Makiyaj vasitələrinizi belə təmizləyin
Faydalı məsləhətlər
10.09.2017 98
Sağlam və gözəl bir dəriyə sahib olmaq üçün makiyajınızı hər gecə yatmamışdan əvvəl mütləq təmizləməlisiniz. Bundan əlavə, həftədə ən az bir dəfə istifadə etdiyiniz  makiyaj vasitələrini də təmizləməyi unutmayın. Makiyaj zamanı ən çox istifadə edilən, fırçalar və süngərləri təmizləmək çətin görünsədə, əslində sadə yolu var. Sizlərə həmin yolu təqdim edirik.



İlıq su hazırlayın

İçərisinə bir neçə damla şampun tökdüyünüz, geniş bir qabda ilıq su hazırlayın.  Qeyd edək ki, qab əllərinizi hərəkət etdirə biləcəyiniz genişlikdə olmalıdır.



Makiyajdan təmizləyin

Fırçalarınızı və süngərlərinizi suyun içinə qoyun. Makiyaj vasitələrinin rəngləri tamamilə özünə gələnə qədər, yüngülcə sıxın.



Yaxalayın

Makiyaj vasitələrinizi qabın içindən çıxardın və ilıq suda yaxşıca yaxalayın. Diqqət edin ki, fırça və süngərlərinizdə şampun qalmasın. Əks halda, dərinizə mənfi təsir göstərə bilər.



Qurulayın

Quru bir dəsmal köməyi ilə yumşaq hərəkətlər ilə fırçalarınızın və süngərlərinizi qurulayın. Bir sonrakı dəfə istifadə zamanı yaxşı bir nəticə almaq istəyirsinizsə,makiyaj vasitələrinizi tamamilə quruduğunda əmin olun.



Asın

Fırçalarınızı qurutmaq üçün onu başıaşağı asın. Bu zaman fırçanızın forması pozulmayacaq.



Tələsizsinizsə…

Yumaq qədər yaxşı nəticə verməsə də, əgər tələsirsinizsə  fırçalarınızı makiyaj təmizləmə salfetləri ilə təmizləyə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!