Menstruasiya zamanı istifadə ediləcək yeni vasitə - Flo

Menstruasiya zamanı istifadə ediləcək yeni vasitə - Flo
Faydalı məsləhətlər
10.09.2017 6
Efiopiyalı gənc qızlar menstrual dövrlərində çirklənmiş parçaları quyulardan çıxardıqları natəmiz suda, sabun işlətmədən yuyur və yataqlarının altında gizlətməklə ertəsi gün yenidən istifadə edirlər. Banqladeşdə isə qızlar aybaşı əskilərini yuyur, qurutmaq üçün küləş örtüklü damların arasına sıxışdırırlar ki, heç kim görməsin.

Büdcələri dar olan ailələrdə yetişkin qızlar əski parçalarından hazırlanmış pedləri natəmiz yollarla yuyur və qurudurlar. Bundan əlavə, sanitariya məhsullarını ala bilməmək və menstrual axıntının olması qorxusu çox qızların aybaşı dövründə məktəbdən yayınmasına, bəzən təhsili tamamilə yarıda buraxmağa vadar edir.

Kaliforniyanın Art Center Colledge of Design təhsil müəssisəsinin 3 tələbəsinin yeni icadı qızlara və qadınlara təkrar istifadəyə yararlı pedləri doğru şəkildə yumaq və qurutmaq imkanı verir. Mariko Higaki İvai, Sohyum Kim və Tatyana Vasilinin "Flo” adı verdikləri ucuz ixtiraları bu il dünyanın ən nüfuzlu dizayn müsabiqələrindən biri olan Beynəlxalq Üstün Dizayn Mükafatına layiq görüldü.

Dünyada qızların böyük əksəriyyəti birdəfəlik pedlərin yerinə, təkrar istifadəsi mümkün, əldə hazırlanmış menstrual vasitələrdən istifadə edirlər. Bəziləri üçün bu vasitələr pedlər və ya əski parçaları, digərləri üçünsə əl atlında olan hopdurma qabiliyyətinə malik istənilən vasitə: köhnə geyim, qəzetlər, hətta yarpaqlar belə ola bilər.

Menstruasiya tabusu güclü olan bölgələrdə qızlar çox zaman istifadə etdikləri vasitələri lazımi qaydada təmizləməyə və qurutmağa çəkinirlər, bununla da bakteriyalar üçün münbit şərait yaradır, xəstəliyə yoluxma risklərini artırırlar. "Flo” bu problemi həll etmək üçün hazırlanan məhsuldur.

Sadə mexanizm iki möhkəm plastik kasaya birləşdirilmiş səbətdən ibarətdir. Qızlar təkrar istifadəyə yararlı pedləri "Flo”nun içinə qoyur, su və yuyucu toz əlavə edirlər. Yuyucu toz əldə yuyacaqları halda istifadə edəcəkləri miqdarın yarısı qədər olur. Daha sonra "Flo”nu iki iplə fırlamağa başlayırlar. Pedlər təmizlənir və qurutma vaxtı qısalır. Qızlar səbəti istədikləri yerdən asa da bilərlər, çünki səbətin sarıldığı kətan materialı içərini göstərmir və günəş şüasının birbaşa düşərək bakteriyaları öldürməsini təmin edir. Məhsul dəstinə zip-zop çanta da daxildir. Çanrta qızlara pedlərini daşıma imkanı verir.

"Flo”nu icad edən şəxslər Yale Menecment Məktəbinin tələbələri ilə birlikdə bu vasitəni dünyanın hər yerində milyonlarla qızın istfadəsinə vermək üçün biznes planı üzərində işləyirlər. Dəstin qiyməti 3 ABŞ dollarından az olacaqdır. Bu isə paketin 60 sentə satıldığı Kenya kimi ölkədə çox uyğun qiymətdir. "Flo” menstruasiya dövründə məktəbə getmək və gigiyena seçimi qarşısında qoyulan qızlar üçün böyük əhəmiyyət daşıyacaq.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!