Evinizin divarlarını bu cür təmizləyin

Evinizin divarlarını bu cür təmizləyin
Faydalı məsləhətlər
10.09.2017 27
Ev təmizliyi edərkən, vax aşırı yerlər süpürülür, silinir, müəyyən
aralıqlarla şüşələr və mətbəx kafelləri silinir. Lakin divarlar, yalnız
bahar təmizliyi zamanı, ildə bir ya da iki dəfə təmizlənir. Divar
təmizliyi üçün ən yaxşı təmizlik maddələrinin və təmizləmə üsulunun
hansılar olduğu maraqlıdırsa, xəbərimizi oxuyun.

 

Boyalı divarlar

Boya
ilə boyanmış divarların asan silinməsi üçün, divar təmizliyinə
başlamadan 1-2 saat əvvəl otağın ortasına böyük bir vedrə və ya ləyən
içində qaynar su qoymaq, pəncərələri və qapını bağlı saxlamaq lazımdır.
Bu zaman divardakı çirklər yumşalacaq və təmizləmək daha asan olacaq.
Çirklər yumşaldıqdan sonra qab pastası və su ilə divarlar silinir.

 

Divar kağızları

Divar
kağızlarına çox tünd ləkələr düşməməsi üçün tez-tez təmizləmək
lazımdır. Məsələn ayda 1 dəfə elektrik süpürgəsinin fırçalı ucu ilə
divar kağızlarına yapışan tozların alınması, ləkə meydana gəlməsinin
qarşısını alacaq. Təxminən 3 ayda 1 dəfə ucuz qab pastasını, bol suyla
qarışdırıb yumşaq bir bezlə divar kağızlarını təmizləyə bilərsiniz.

 

Mətbəx divarları

Mətbəxdə
yemək hazırlandığı i üçün yeməklərin yağı, buxarı mətbəx divarlarında
istənməyən ləkələr və izlər buraxır. Bu ləkələri aparmaq üçün klassik
təmizləyicilər bəs etməyə bilər. Bu səbəblə mətbəx divarlarını bol duzlu
suya batırılmış bez və ya süngər ilə təmizləmək daha praktik bir
üsuldur. Daha uzun müddətli tünd rəngli kir və ləkələr üçün isə mətbəx
divarlarının sirkəli suyla silinməsi məsləhət görülür.

 

Divarlardakı barmaq izləri

Divarların
hər yerinin silinməsinə ehtiyac yoxdursa, əgər yalnız barmaq izləri
təmizlənməlidirsə, dilimlənmiş kartofla divardakı barmaq izləri
asanlıqla silinə bilər.

Divarların daha az çirklənməsi üçün nələr edilməlidir?

Təmizlənən divarların daha az çirklənməsi üçün təmizləndikdən sonra nişastalı suyla divarların silinməsi məsləhətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!