Siz də mürəkkəb ləkəsindən təngə gəlmisiniz?

Siz də mürəkkəb ləkəsindən təngə gəlmisiniz?
Faydalı məsləhətlər
10.09.2017 90
Geyimlərinizdə , evinizin divarlarında ya da taxta əşyalarınızda
qarşılaşdığınız mürəkkkəb ləkələrindən xilas olmaq istəyirsiniz?

Uşaqlar şəkil çəkib
rəngləməyi çox sevir, xüsusilə də evin divarlarında bunu etmək onlara
zövq verir. Siz nə qədər mane olmağa çalışsanızda, onlar göz qırpımında
mebellərinizi, xalçalarınızı, evin divarlarını əllərinə keçən qələm ilə
yazacaqlar. Lakin, mürəkkəb ləkələri ,yalnız uşaqlar görə əmələ gəlmir.
Bəzən iş yerində, diyircəkli qələmin mürəkkəbi axıb, köynəyinizi
ləkələyə bilər. Sizlərə bu ləkələrdən xilas olma yollarını təqdim
edirik:

 

Geyimlərinizdəki mürəkkəb ləkələri

Əvvəla
köynəyinizdə mürəkkəb ləkəsi varsa, ləkə çıxardıcı vasitələrdən
istifadə edə bilərsiniz. Bu üsulla çıxmırsa, süddən istifadə edin.
Paltarları yuduğunuz ləyənə bir az süd tökün və paltarınızın ləkəli
hissəsini salın. Bir gecə gözlədyn. Sonra köhnə bir diş fırçasıyla
ləkəli qisimi fırçalayın. Ləkə çıxdıqdan sonra paltarınızı, paltar
maşınında yuyun.

 

Divarınızdakı mürəkkəb ləkələri

Divarlarınızdakı
ləkələrdən xilas olmaq üçün iki üsuldan istifadə edə bilərsiniz.
Divarınıza saç spreyi sıxın və sonra silin . İkinci üsul isə ləkənin
üzərinə diş məcunu sürtüb, köhnə bir diş fırçası köməyiylə ləkədən xilas
ola bilərsiniz.

 

Taxta eşyalardakı mürəkkəb ləkəsi

Taxta
əşyalar üzərindəki qələm ləkələrini çıxarmaq üçün spirtdən istifadə edə
bilərsiniz. Lakin spritlə silməmişdən əvvəl, mebelinizin görünməyən
hissəsinə sprit vurub, mebelinizin rənginin gedib- getməyəcəyini
yoxlayın.

 

Yumşaq mebellər üzərindəki mürəkkəb ləkəsi

Yumşaq mebelləriniz
üçün süd üsulundan istifadə edə bilərsiniz. Bir parçanı südlə isladın
və ləkənin üzərinə sürtərək, ləkəni təmizləyin.

 

Xalça üzərindəki mürəkkəb ləkəsi

Xalça
üzərindəki qələm ləkələrini çıxarmaq üçün sirkədən istifadə edin. Ləkə
olan hissəyə ağ sirkə püskürdün və nəmli bir bezlə ovalayın. Xalçanın
rəngində bir pozulma olub olmadığını anlamaq üçün xalçanın bir küncündə,
əvvəl sınaq edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!