Aynaları parıldatmaq üçün sadə üsul

Aynaları parıldatmaq üçün sadə üsul
Faydalı məsləhətlər
10.09.2017 11
Güzgüləri və aynaları təmizləmək üçün bir çox təbii ya da kimyəvi üsul var. Ancaq hamısı hər zaman işə yaramır.

Ayna təmizliyində bunlara diqqət edin:

Aynaları təmizləyərkən bazarda olan təmizləyici vəsaitələrdən faydalana bilərsiniz. Təmizləyicini güzgünün üzərinə püskürdün və gözləmədən toz buraxmayan bir bezin köməyi ilə silin. Əgər kimyəvi maddə istifadə etmək istəmirsinizsə boş bir sprey şüşəsinə su və bir miqdar alma sirkəsi tökün və aynaya püskürdərək təmizləyin.

Ayna üzərində təmizlənməsi ən çətin ləkələri yox etmək üçün durulama suyuna bir neçə damcı spirt də əlavə edə bilərsiniz.



Aynanın təmizlənməsindən sonra qurulamaq üçün ağ-qara qəzetdən istifadə edin. Bu işinizi daha tez asandlaşdıracaq.



Aynanı parıldatmaq üçün nələr edə bilərsiniz?

Qəzet aynanı qurulamaq üçün ideal olduğu kimi aynanı parıldatmaq və parlaqlığını uzun müddət saxlamaq üçün ən təsirli üsuldur. Kimyəvi təmizləmə maddəsi ya da alma sirkəli suyu qəzetə püskürdüb silsəniz aynanız və ya güzgüləriniz daha uzun müddət təmiz və parlaq qalacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!