Makiyaj fırçalarını təmizləməyin qaydası

Makiyaj fırçalarını təmizləməyin qaydası
Faydalı məsləhətlər
10.09.2017 9
Makiyaj etməmişdən əvvəl üzümüzün, əlimizin təmizliyinə xüsusi əhəmiyyət veririk. Amma bir nüansı, makiyaj edərkən istifadə etdiyimiz əşyalarımızın da eyni dərəcədə təmizliyinə əhəmiyyət verməli olduğumuzu çox zaman unuduruq. Makiyaj edərkən ən çox işlədilən əşyalardan biri makiyaj fırçasıdır. Makiyaj fırçaları ən az həftədə iki dəfə təmizlənməsi məsləhətdir.

Bir çox kosmetik firmaların fırça təmizləmək üçün xüsusi gelləri vardır.

• Əgər hazır geldən istifadə edəcəksinizsə, bir qaba ilıq su doldurub hazır maddəni bir miqdar həcmində qaba əlavə edin.

• Daha sonra fırçanın əsas hissəsinin həmin qatışımda yaxşıca fırladın və təmiz olduğuna əmin olana qədər həmin prosesi davam etdikdən sonra 5 dəqiqə gözlədin

• Fırçaları ilıq suda xəfif hərəkətlərlə, əlinizlə durulayın.

• Duruladıqdan sonra fırçaları dəsmalla qurulayın. Sonra isə bir kənara başı aşağı formada qoyub fırçanın metalla bitişik qisminə qədər qurumasını təmin edin.

Əgər hazırda hansısa makiyaj təmizləyici gel yoxdursa, elə isə həmin maddəni özünüz də hazırlaya bilərsiniz.

* Makiyaj təmizləyici

* Zeytun yağı

* Az miqdarda əl dezenfeksiya edici(əgər istərsəniz)

Bu qatışımı əlimizlə fırçamıza çəkərək ovucumuzda ehmalca ovuruq. Bu proses zamanı fırçanı mütləq başı aşağı formada saxlayın. Maddənin fırçanın dib uclarına qədər getməməsinə diqqət edin. Əks təqdirdə maddə ilə fırçanın metal hissəsi reaksiya girə bilər və nəticədə bu həm sağlamlığınıza, həm də fırçanızın korlanmasına səbəb ola bilər. Daha sonra fırçanınızı bir qaba doldurduğunuz ilıq suda durulayın. Sonra fırçanızı dəsmalla qurulayıb kənarlarını sildikdən sonra başı aşağı formada quruması üçün bir müddət gözlədin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!