Keyfiyyətli ət almaqda çətinlik çəkirsiz?

Keyfiyyətli ət almaqda çətinlik çəkirsiz?
Faydalı məsləhətlər
10.09.2017 13
Qida rasionumuzda istifadə etdiyimiz ətin bəzən keyfiyyəli və ya təzə olub olmamasını bilməkdə çətinlik çəkirik.

Keyfiyyətli və təzə ət almaq üçün bir neçə qayda var.

 

1. Cavan heyvanın əti daha dadlı olur.

 

2. Yalnız təzə ət alın.

Belə ət daha dadlı və faydalıdır, onun tərkibində olan bütün faydalı maddələr saxlanılır.

Dondurulmuş
ət almayın – onun keyfiyyətli olub-olmadığını təyin etmək çətindir.
Bundan əlavə dondurulmuş ət öz faydalı xüsusiyyətlərini qismən itirir.

 

3. Əti tanış, etibar qazanmış satıcılardan alın.

 

4. İlk növbədə ətin rənginə fikir vermək lazımdır.

Yaxşı
mal əti açıq qırmızı rəngdədir. Yaxşı qoyun əti mal ətindən bir az tünd
olur. Ətin rəngi tünd qırmızıdırsa, bu o deməkdir ki, heyvan qoca olub.
Belə ətin dadı yaxşı olmur.

 

5. Ətin piyinə də fikir verin.

Yaxşı mal ətinin piyi ağ rəngdə, qoyun ətinin krem rəngində olmalıdır. Qoca heyvanların piyi tünd sarı rəngdə olur.

 

6. Ətə əl vurun.

Ət çox yumşaq, boş olmamalıdır, elastik olmalıdır.

 

7. Əti barmaqlarınızla sıxın.

Əmələ gələn batıq dərhal düzəlməlidir.

 

8. Yaxşı ət quru olur, əllərə yapışmır, selikli olmur.

 

9. Ətin xoş iyi olmalıdır.

Əlavə iylərin olması (turş və s.) yolverilməzdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!