Toxunma paltarlara qulluq

Toxunma paltarlara qulluq
Faydalı məsləhətlər
10.09.2017 99
Təbii saplardan olan toxunma paltarlar qadınlar tərəfindən həmişə bəyənilib və dəb sayılıb.

Lakin onlar xüsusi qulluq tələb edir. Belə ki, düzgün istifadə edilmədikdə ya formasını, ya da ölçüsünü dəyişərək geyinilməz hala gəlir.



Toxunma paltarları əl ilə yuyun, çox övkələməyin. Yuduqdan sonra sıxmadan səliqə ilə qatlayıb suyu süzülmək üçün qoyun.



Suyu tam süzüldükdən sonra hamar bərk yerdə altına qalın kətan parça sərin, istədiyiniz forma verin və üzərinə ağır, hamar əşya yerləşdirin.



Quruduqdan sonra bir müddət açıq havada saxlayın.



Toxunma paltarlarınızı asqıdan asmayın, səliqə ilə qatlayıb dolabda saxlayın.



Toxunma paltarları ütüləməyin. Bu halda onlar genişlənir və formasını itirir.



Toxunma paltarları ütüləyərkən yandırmısınızsa, yanmış hissəyə baş soğan kəsiyi qoyub 15 dəqiqə gözləyin. Yanıq yeri itəcək.



Geyimlərinizdə toxunma naxışlar varsa, onları ütüləməyin, yaş ikən üzərinə ağır əşya qoyub bir müddət saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!