Qırılmış göz kölgənizi yenidən istifadəyə yararlı hala gətirməyin yolları

Qırılmış göz kölgənizi yenidən istifadəyə yararlı hala gətirməyin yolları
Faydalı məsləhətlər
10.09.2017 28
Ən sevdiyiniz göz kölgəniz səhvən qırıldı? Narahat olmağa dəyməz. Məsləhətlərimiz ilə göz kölgənizi əvvəlki halına qaytara
bilərsiniz.
Qablaşdırılmasında çox möhkəm imiş
kimi görünən göz kölgələri, əslində çox asan qırılmağa meyillidir. Hər
hansı bir yerə çırpıldığı zaman, səhvən yerə düşdükdə qırılma və ya
çatlama baş verə bilər. Hər gün istifadə etdiyiniz ən sevimli göz
kölgənizi qırılmış halda gördüyünüz zaman nə hiss etdiyinizi anlaya
bilirik. Amma bu qədər narahat olmağa əsas yoxdur. Çünki bunun da bir
həlli var.



İlk addım.

Onu
əzin. Qırılmış göz kölgəsini düzəltmək üçün ən başdan başlamaq
lazımdır. Onu bir qələmin köməkliyi ilə toz halına gələnədək əzin.



İkinci addım.

Spirt əlavə edin. Əzdiyiniz göz kölgəsinə bir neçə damcı saf spirt əlavə edin.



Üçüncü addım.

Qarışdırın.
Kiçik bir çubuğun köməkliyi ilə onu yaxşıca qarışdırın. Krem kimi yaş
bir qum qatılığı almalıdır. Lazım olarsa, bir neçə damcı da spirt əlavə
edin. Spirti həddindən çox istifadə etməməyə diqqət edin.



Dördüncü addım.

Onu yaxşıca presləyin. Bir qəpiyi təmiz bir parça ilə bağlayın və göz
kölgəsinin özərinə 30 saniyə sıxın. Beləcə göz kölgənizin üzərindəki
parça izi də ona professional bir görünüş verəcək.Kənarlara bulaşmış göz
kölgəsi qalıqlarını da salfetlə silərək təmizləyin.



Sonuncu addım.

Gözləyin.
Son mərhələyə gəlib çatdıq. Bundan sonra etməli olduğunuz tək şey bir
az səbr etməkdir. Göz kölgəsini düz bir səthə üstü açıq şəkildə
yerləşdirin. Ən az 10 saat gözləyin. Spirtin uçması və göz kölgəsinin
tamamilə quruması üçün bu olduqca vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!