Xəz alarkən nələrə diqqət edilməlidir?

Xəz alarkən nələrə diqqət edilməlidir?
Faydalı məsləhətlər
10.09.2017 51
Xəz alarkən seçim tamamilə alıcının istəyinə bağlıdır. Ancaq əlbəttə ki, alarkən diqqət etməli olduğunuz nüanslar var.

Bu
nüanslar xəz geyimləri alarkən tükün sağlam, keyfiyyətli, qısa, rəngli
və günümüzün dəbinə uyğun olan modellər olmasının gərəkliliyidir. Digər
məqamlar isə keyfiyyət və qiymət fərqlilikləridir. Normal halda bir
heyvanın xəzindən istehsal edilmiş kürklərə digər bir heyvanın xəzindən
aksesuar əlavə olunduğu zaman qiymət arta bilər.



Nəzərə
almaq lazımdır ki, xəzi istifadə olunan heyvanın quyruq, baş, qarın və
digər nahiyələrinin dərisindən hazırlanmış kürklər ucuz xəzlərdir. Bu
səbəbdən də ən uzunömürlü xəzlər heyvanın kürək nahiyəsinin xəzindən
hazırlanmış kürklər hesab olunur. Mümkün olduğu qədər seçim zamanı buna
diqqət etmək lazımdır.



Ancaq
nəzərə almaq lazımdır ki, hər bir alıcının alacağı xəz seçimi də öz
büdcəsinə bağlıdır. Təmiz və səliqəli şəkildə istifadə edildiyi müddətcə
aldığınız həqiqi xəzlərin uzun müddət istifadə edilə biləcəyindən əmin
ola bilərsiniz.



Bəs saxta xəzlər hansı xüsusiyyətlərə sahibdir?

Saxta
xəzlər həqiqi xəzlərlə müqayisədə olduqca yüngüldür. Bunlar tekstildə
sintetik iplərdən hazırlanmış, görünüşü olduqca gözəl olan, həqiqi
xəzlərdən daha yumşaq materiala malik xəzlərdir. Qısa müddət ərzində
istifadə edilə bilər, ancaq yağış yağdığı zaman normal bir xəz kimi
əvvəlki vəziyyətinə qayıda bilməz, tükləri yapışıb qalar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!