Saxta xəzi ayırd etməyin 7 yolu

Saxta xəzi ayırd etməyin 7 yolu
Faydalı məsləhətlər
10.09.2017 6
Qış aylarının gəlməsi ilə birlikdə bir çox qadın xəz
geyimlərinə bürünməyə başladı. Ancaq xəz seçimi edərkən öncədən
məlumatlı olmaq saxta xəzləri gerçək xəzlərdən ayırd edə bilmək üçün
olduqca önəmlidir. Təbii ki, heç kəs belə yüksək məbləğ ödəyərək saxta
xəz almaq istəməz. Həqiqi xəzin qiymətini ödəyib, saxta xəz almamaq üçün
isə yazımızı sonunadək oxuyun!



1. Həqiqi xəzin səthinə toxunulduğu zaman həqiqi bir heyvanın tükünə toxunulurmuş kimi hiss olunur.



2. Həqiqi xəz yandırıldığı zaman neylon kimi ərimək yerinə yanmış insan saçı kimi iylənirsə, o zaman bu, həqiqi xəzdir.



3. Həqiqi bir heyvanın tükləri hər zaman dik və yumşaq olur. Misal üçün,
əlinizə alanda iç tərəfindəki dəriyə diqqət etməlisiniz. Dəriyə
bənzədilmiş saxta xəzlərdə tüksüz olan hissəyə baxanda onun saxta
olduğunu anlamaq olar.



4. Saxta xəzi ayırd edə bilmək üçün diqqət edə biləcəyiniz bir digər məqam
isə saxta xəzlərin olduqca yüngül olmasıdır. Həqiqi xəzlər isə onlarla
müqayisədə çox ağırdır. Həddindən artıq yumşaq tüklərə sahib və yüngül
xəzləri həqiqi xəzlərdən ayırd etmək heç də çətin deyil.



5. Saxta xəzlərdə yağış yağdığı zaman xəzin tükləri tamamilə yapışır və
heç bir zaman tam şəkildə əvvəlki vəziyyətinə qayıtmır. Həqiqi xəzlərdə
isə natural tük örtüyü olduğu üçün yağış suyu üzərindən axıb gedir.



6. Qiymət fərqinə diqqət etməyinizdə də fayda vardır. Saxta xəzlər qiymət
baxımından həqiqi xəzlərdən ucuzdur. Həqiqi xəzlər isə kifayət qədər
bahalıdır və hər bir xəz geyimin öz sertifikatı vardır.



7. Tülkü xəzlərində isə tülkülərin tükləri olduqca yumşaq və uzun
olduğundan, saxta kimi görünə bilər, lakin bunu da ayırd etmək
mümkündür. Tüklərin dibinə baxsanız, həqiqi dəri ilə saxtasını ayırd edə
biləcəksiniz.



Bütün bunlarla birlikdə mümkün olduğu qədər xəzləri
sadəcə xəz-dəri mağazalarından almağınızı məsləhət görürük. Çünki digər
mağazalarda hazırlanan və satılan xəzlər arasında saxta xəzlər çoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!