Özünüzü həmişə halsız hiss etməyinizin 5 əsas səbəbi

Özünüzü həmişə halsız hiss etməyinizin 5 əsas səbəbi
Faydalı məsləhətlər
10.09.2017 18
Səhər oyananda, gün ərzində davamlı olaraq
özünüzü yorğun, halsız, enerjisi tükənmiş və yuxusuz hiss edirsinizsə və
bunun səbəblərini bilmirsinizsə, biz sizə bu yazımızda dünyada geniş
yayılmış bu problemin səbəblərini göstərmişik.



1. Az və keyfiyyətsiz yuxu

Keyfiyyətsiz
yuxu 2 səbəbdən ola bilər. Yuxu müddətinin azlığı və rahat olmamağınız.
Gündə 8 saatı yuxuya ayırmaq sağlamlıq üçün çox əhəmiyyətlidir. Yuxu
müddətinizi artırmaq üçün tez yatıb, kifayət qədər dinlənməlisiniz. Əgər
yuxunuzun keyfiyyəti azdırsa, buna səbəb özünüzü rahatlatmamağınız,
xoruldamaq və ya yatdığınız otağın işıq və səs baxımından yatmaq üçün
uyğun olmamasıdır. Bu problemləri həll etmədən halsızlığınızın keçməsi
mümkün deyil.



2. Stresli olmaq

Gün boyu
stresli olmaq sizin kefinizi poza bilər və insan kefi pozulduğunda
yatmaq istəyir, enerjisi və istəyi azalır və özünü halsız hiss edir.
Özünüzü rahatlatmağı bacarmalısınız. Çox vaxt bu, elə də asan olmur və
kömək istəmək lazım ola bilir. İşdən sonra mütləq özünüzə vaxt ayırın,
sevdiyiniz şeyləri edin və başınızı qatın. İnsanlarla münasibətdə də hər
şeyi dərt etməməyə çalışın. Həyat 2 günlükdür və buna görə bir az da
xoşbəxt olmaq üçün çalışmaq lazımdır.



3. Dəmir və ya vitamin çatışmamazlığı

Dəmir
azlığı olduğu halda halsızlıq, baş dönməsi və gün ərzində yuxulu olmaq
kimi əlamətlər görülür. Bununla yanaşı, sağlıqsız və yetərsiz qidalanma
nəticəsində yaranan vitamin çatışmamazlığı olduqda da həm yuxu
keyfiyyətiniz aşağı düşür, həm də gün ərzində özünüzü halsız və yorğun
hiss edirsiniz. C, D, B12 başda olmaqla digər B qrup vitaminləri, dəmir,
maqnezium və kalsiumla zəngin olan qidaları daha çox istifadə etməyə
çalışın. Beləliklə, qidalanma ilə əlaqəli olan halsızlığınız düzəlməyə
başlayacaqdır.



4. Yuxu apnesi və xoruldamaq

Yuxunun
keyfiyyətini aşağı salıb, sizi halsız edən səbəblərdən biri də gecə
yatarkən xoruldamaq və yuxu apnesi xəstəliyinə sahib olmaqdır.
Xoruldayan adamın yuxusu keyfiyyətli ola bilməz. Belə insanlarda tez-tez
oyanmaq rahat yatmağa və dincəlməyə mane olur. Həmçinin, gecə nəfəs
tutulmalarına səbəb olan yuxu apnesi də yuxunun keyfiyyətinin aşağı
düşməsinə şərait yaradır. Hər iki problemi həll etmək üçün mütləq tibbi
dəstək almalısınız.



5. İnsomniya xəstəliyi

İnsomniya
və ya yuxusuzluq xəstəliyi olanlar yuxuya gedə bilməmək, ya da bütün
gecəni yata bilməmək kimi problemlər yaşayırlar. Əgər bu problemlərlə
üzləşirsinizsə, mütləq həkimə müraciət etməlisiniz. İnsomniya kafeinin
çox istifadə edilməsindən, uzun müddət yuxusuz qalmaqdan və qeyri-düzgün
yuxu vərdişlərinizin olması hallarında yaranır. İnsomniya ilə mübarizə
aparmaq üçün zehni olaraq özünüzü rahatlatmaq, davamlı idmanla məşğul
olmaq, düzgün qidalanmaq, kafein istifadə etməmək və rahatladıcı bir
yuxu mühiti hazırlamaq olduqca faydalı olacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!