Hərarəti endirmək üçün bir neçə təbii və təsirli vasitə

Hərarəti endirmək üçün bir neçə təbii və təsirli vasitə
Faydalı məsləhətlər
10.09.2017 6
Yüksək hərarətin olmasının ən başlıca əlamətləri üşümək və bədənin
titrəməsidir. Soyuqdəymə və qripin geniş yayıldığı bu qış aylarında
hərarəti aşağı salmaq üçün təsirli olan bir neçə təbii vasitəni sizə
təqdim edirik.



Pambıq toxumu: Bir litr suyun içinə 1 ovuç pambıq toxumu qatıb, süzün və gündə 3 dəfə bir yemək qaşığı için.



Limon:
Bir ədəd limonu ortadan kəsin. Daha sonra arasına bir çay qaşığı duz
töküb, hər iki yarısını qabıqları qaralanadək bişirin. Bir az soyuduqdan
sonra limonları yavaş-yavaş sıxaraq xəstənin bədəninə sürtün.



Qərənfil çiçəyi: Bir litr suyun içinə bir ovuc qərənfil çiçəyi atın, sonra süzərək gündə 3 dəfə 2 yemək qaşığı için.



Sirkə: Xəstənin başına sirkə ilə isladılmış və tam sıxılmamış bir bint bağlayın.



Qabaq: Bir litr suyun içinə incə doğranmış bir ovuc qabaq əlavə edib qaynadın. Daha sonra süzərək gündə 3 dəfə bir stəkan için.



Cəfəri: Bir litr suyun içinə bir ovuc doğranmış cəfəri qatıb qaynadın, suyunu süzüb bunu da gündə 3 dəfə bir stəkan için.



Bənövşə yarpağı:
Bunun da hazırlanma qaydası yuxarıdakılar kimidir. Bir litr suyun içinə
bir ovuc bənövşə yarpağı atın, sonra isə suyunu süzüb gündə 3 dəfə 1
qəhvə fincanı için.



Sarımsaqlı qatıq: Xəstənin bədəninə bol miqdarda sarımsaqlı qatıq sürtün. Qatıq quruduqdan sonra təmiz və ilıq bir dəsmalla bədənini silin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!