Qışda kökəlməmək üçün bir neçə tövsiyə

Qışda kökəlməmək üçün bir neçə tövsiyə
Faydalı məsləhətlər
10.09.2017 13
Yaz və yay aylarında incə geyimlərlə artıq çəkilərimizi gizlədə
bilmədiyimizə görə yeməmək üçün özümüzü saxlaya bilirik. Ancaq qışda
havaların soyuması ilə qalın geyimlərə keçirik və artıq çəkilərimizi bu
qalın geyimlərin altında gizlədə bilirik. Bu cəhətdən rahat olduğumuz
üçün də qidalanmamıza fikir vermirik və kökəlməyə başlayırıq. Biz sizə
düzgün qidalanma ilə bu qış aylarını kökəlmədən keçirməyin yollarını
təqdim edirik:



Proteinli qidalardan istifadə edin.

Yağsız
ət, toyuq və balıq kimi qidalar həzmi çətin olduğundan daha artıq
kalori itirməyinizə səbəb olacaqdır. Buna görə də hər yeməkdə müəyyən
qədər protein növlərinin olmağına xüsusi diqqət göstərin.



Lif qəbulunu artırın.

Lifli
qidalara misal olaraq meyvə və tərəvəz, bulqur və qara çörəyi göstərmək
olar. Hər gün ən az 20 qram lif qəbul edilməsi uzun müddət tox
tutacaqdır. Gündə təqribən 1 ovuc qoz və ya badam, 1 boşqab tərəvəz yeməyi və 2 kasa da salat yeməlisiniz.



D vitamini ilə zəngin olan qidalar yeyin.

Belə
qidaların tərkibində yüksək miqdarda kalsium da vardır. Kifayət qədər
kalsium qəbul etmək bağırsaqlardan yağların sorulmasının qarşısını alır
və bədəndən xaric olmasına kömək edir. Gündə 2 stəkan az yağlı süd
içmək və ya bir dilim pendir və bir kasa qatıq yeməklə sümüklərinizi
bərkitməklə yanaşı, həm də bədəninizdəki yağların əridilməsinə də şərait
yaratmış olarsınız.



Sağlam yağlardan istifadə edin.

Omega 3 ve omega 9 yağları, yəni balıq və müəyyən miqdarda zeytun yağı

sizi
tox tutmaqla yanaşı maddələr mübadiləsinə də xeyirlidir. Balıq
yemədiyiniz günlərdə mütləq omeqa 3 həblərindən istifadə etməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!