Əgər burnunuz qanayırsa...

Əgər burnunuz qanayırsa...
Faydalı məsləhətlər
10.09.2017 23
Hər
yaşda müşahidə edilən burun qanamalarına xüsusən isti havalarda daha
çox rast gəlinir. Bununla yanaşı, soyuq qış aylarında da burun
qanamasından şikayət edənlər az deyil. Nəzərə almaq lazımdır ki, sadə
bir burun qanaması həyatı təhlükə altına da sala bilər. Ona görə də
burun qanaması hallarına ciddi yanaşmaq lazımdır. Qadınlar.Biz  türkiyəli mütəxəssislərin burun qanamasına dair məsləhətlərini təqdim edir.



Arterial damar qanamalarına qarşı diqqətli olun

Burnun
quruluşunda giriş hissədə olan damar şəbəkəsinin çox olması burun
qanamalarının ən çox rast gəlinən səbəbidir. Bu bölgəyə məruz qalan
zərbə, asqırma, burun qurdalanması kimi bir çox hallar da damarların
zədələnərək qanamasına gətirib çıxara bilər. Bu, burnun qabaq hissəsində
baş verənlər nəticəsində yaranan qanamalardır. Lakin burnun arxa
hissəsində baş verən qanamalara qarşı daha çox diqqətli olmaq lazımdır.
Bu cür qanamalara isə yüksək təzyiq, ürək və damar xəstəlikləri səbəb
ola bilər.



Təzyiqi olan xəstələr daha çox risk altında

Burun
qanaması ümumiyyətlə lokal, sistematik və ekoloji səbəblərə əlaqədar
baş verə bilər. Öz-özünə yaranan qanamalara əsasən isti, soyuq və quru
hava səbəb olur. Yetkin yaşda tez-tez baş verən travmalar, uşaqlarda isə
üst tənəffüs yolu infeksiyaları və buruna daxil olan yad cisimlər
qanamalara səbəb olur. Bunlarla yanaşı, allergik rinit, xroniki sinusit,
yüksək təzyiq, qanama pozuntuları kimi xəstəlikləri olanlarda burun
qanaması daha risklidir.



Tək tərəfli burun qanaması daha risklidir

Yeniyetməlik
dövründə xüsusən də oğlan uşaqlarında burun qanamaları burnun nəfəs
yolundakı damarla bağlı şişlərin yaranmasına səbəb ola bilər. Yeniyetmə
yaşlarda burnun bir tərəfinin tez-tez qanaması da burunda şiş xəbərçisi
ola bilər. Burun qanamaları daha çox 2-10 yaş arası uşaqlar, 50-80 yaş
arası yetkin insanlarda daha sıx rast gəlinir.



Qanama zamanı bunları edin

Burun
qanaması zamanı əvvəlcə xəstə başını önə əyməlidir. Bu zaman baş və
işarət barmaqla burunu 5-10 dəqiqə sıxıb saxlamaq lazımdır. Bu, qanamanı
dayandırmağa kömək edəcək. Bundan sonra isə buruna qanın getdiyi
damarlara buz qoyulması məsləhətdir. Buz birbaşa deyil, parçaya
bükülərək qoyulmalıdır. Qanama dayanana qədər dərin və yavaş nəfəs almaq
lazımdır. Bundan başqa, burnun içərisinə qanamanı dayandıran spreylər
də fısqırtmaq olar. Lakin nəzərə almaq lazımdır ki, sadə bir qanama
böyük problemlərə səbəb ola bilər. Ona görə də burun qanamasına qarşı
diqqətli davranmaq lazımdır. Qanama tez-tez baş verərsə, mütləq həkimə
müraciət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!