Müxtəlif xalqların sağlamlıq sirri

Müxtəlif xalqların sağlamlıq sirri
Faydalı məsləhətlər
10.09.2017 12
Yaşadığımız ölkənin suyu, havası, torpağı və o torpaqda yetişən bitki və tərəvəzlər sağlamlığımıza birbaşa təsir edir. Coğrafiyası fərqli olanölkələrin yemək mədəniyyəti, o cümlədən, müalicə metodları da bir-birindən fərqlidir. Bəziləri bitki çayları, digərləri isə təbii bulaq sularıilə şəfa tapır...

 

Ölkələrin ənənəvi sağlamlıq sirlərini və müalicə metodlarını öyrənərəközünüz üçün daha sağlam həyat modeli müəyyən edə  bilərsiniz.

  

Uzun həyatın sirri Aralıq dənizində

Yunanlar
dünyanın hər yerində ürəyi sağlam xalq kimi tanınır. Mütəxəssislərin
sözlərinə görə, yunanlar bunu qidalanma rejiminə borcludur. Belə ki, bu
xalqın qida rasionunda dəniz məhsulları üstünlük təşkil edir. Bundan
başqa, onlar göyərti, tərəvəz və zeytun yağı ilə qidalanırlar.

 

Bitki çaylarının gücü

Bizim
üçün ayran faydalı olduğu kimi, argentinalılar üçün də mete çayı o
qədər əhəmiyyətlidir. Mete çayı əylənməyi sevən şən və sağlam Argentina
xalqının milli içkisidir. Qeyd edək ki, mete çayı güclü antioksidant
anbarıdır, həmçinin, həzm sistemini sürətləndirən təsirə də malikdir.

 

Sağlam səhər yeməyi

İsveçrə
xalqı səhər yeməyində yulaf yeyir. Son dərəcə qidalandırıcı olan yulaf
süd və ya təzə meyvə suları ilə yeyilir. Quru meyvələrə də  ləzzət qatan
yulaf isveçrəliləri daha gümrah və sağlam saxlayır.

 

İyəbatırma üsulu

İynəbatırma
bədəndə olan müəyyən bioloji aktiv nöqtələri iynələmək yolu ilə həyata
keçirilən müalicə metodudur. Bu müalicə metodu qədim Çin təbabətindən
gəlir. Çin xalqı ürək sağlamlığı, möhkəm yuxu və stresssiz həyatı
iynəbatırma ilə müalicə üsuluna borcludur.

 

Bankaların sehri

Soyuqdəymə
zamanı heç bir üsul kömək etməyəndə son çarəni bankada görürük. Xüsusi
vurğulamaq lazımdır ki, banka ilə müalicə üsulu qədim Misirlilərdən
gəlir. Çoxəsrlik tarixi olan alternativ müalicə üsulu dəri problemlərini
və qanazlığı xəstəliyini sağaltmaqda da olduqca təsirlidir.

 

Sauna

Saunaya
yalnız dincəlmək istədikdə gedirik. Lakin bunu vərdiş halına gətirməklə
sağlamlığınızın qeydinə qala bilərsiniz. Rus xalqı gözəl və təravətli
dərisini mütəmadi olaraq baş çəkdikləri sauna seanslarına borcludur.
Sauna stress və gərginliyi aradan qaldırır, sinirlərə yaxşı təsir edir. Həmçinin, həzm sistemini və immuniteti də yaxşılaşdırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!