Öskürəyi kəsən ən təsirli təbii üsullar

Öskürəyi kəsən ən təsirli təbii üsullar
Faydalı məsləhətlər
10.09.2017 48
Öskürəkdən xilas olmaq üçün təbii üsullara müraciət edə bilərsiniz.

  

Heyva

Heyvanın
həm meyvəsi, həm də yarpaqları öskürəyə qarşı təsirlidir. O, boğaz
infeksiyalarını aradan qaldırır və sinəni yumşaldır. Qurudulmuş heyva
yarpaqlarını 10-15 dəqiqə, təzə heyva yarpaqlarını isə 3-5 dəqiqə
dəmləyərək gündə 2-3 fincan için.

 

Heyva yarpağı çayına bal və cökə çayı əlavə etməklə, onun təsirini daha da artıra bilərsiniz.

 

1
çay qaşığı əzilmiş heyva toxumunu 1 fincan qaynar suda 5-10 dəqiqə
dəmləyin. Bu çayların hər birini gündə 1-2 dəfə içə bilərsiniz. Çaya
şəkər əlavə etməmək məsləhətdir. Bitki çaylarını yeməklərdən 30 dəqiqə
qabaq və ya 1-2 saat sonra içmək tövsiyə olunur.

 

Qara istiot və bal

Araşdırmalar
qara istiotun immunitet sistemini gücləndirdiyini, orqanizmi xərçəngdən
qoruduğunu, mədədəki yanğı hissini və spazmı aradan qaldırdığını sübut
edib. Qara istiot öskürəyə qarşı da təsirlidir. Onun dənələrini ilıq
suda dəmləyib üzərinə bir az bal əlavə edərək içmək olar. Gündə 1 dəfə
içmək kifayət edəcək.

 

Hil və yaşıl çay

Hil
və yaşıl çay immuniteti gücləndirir. Boğazdakı qıcıqlanmanı, ağrını
aradan qaldırır. Yaşıl çay və hildən hazırladığınız çayı həm içə, həm də
onunla qarqara edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!