Oturaq həyat tərzi keçirənlər

Oturaq həyat tərzi keçirənlər
Faydalı məsləhətlər
10.09.2017 22
Müasir
texnologiya bir tərəfdən işimizi asanlaşdırsa da, digər tərəfdən
sağlamlığımıza zərər vurur. Televizor, internet və kompyuterlər oturaq
həyat tərzi keçirməyimizə səbəb olur.

 

Həkimlər
bildirir ki, günün çox hissəsini oturaraq keçirən insanların köklük və
şəkər xəstəliyindən əziyyət çəkmək ehtimalları artır. Belə həyat tərzi
şikəst uşaq dünyaya gətirmək və xərçəngə yaxalanmaq riskini də artırır.

 

Mütəxəssislər
bildirir ki, uzun müddət hərəkətsiz qalan insanlar, heç olmasa, işdən
sonra və həftəsonu aktiv həyat tərzi keçirməlidir. Gün ərzində 30
dəqiqədən bir qalxıb ən azı 5 dəqiqə hərəkət etmək, həftənin 2-3 günü
30-45 dəqiqə idmanla məşğul olmaq tövsiyə edilir.

 

Son
illərdə, xüsusilə, uşaq və gənclərin hərəkətsizlik ucbatından sürətlə
kökəlməsi mütəxəssisləri təcili tədbirlər görməyə vadar edib.

 

Onlar aşağıdakı məsləhətlərin uşaqları hərəkətsiz həyat tərzindən qoruyacağını düşünür:

* Ekran qarşısında 1 saatdan artıq vaxt keçirmələrinə imkan verməyin.

* Yataq otağına televizor və kompüter qoymayın.

* Oyun oynamalarına və idmanla məşğul olmalarına şərait yaradın.

* Kiçik ev işlərində ailə fərdlərinə kömək etsinlər.  

* Velosiped sürsünlər.

 

Yetkin insanlar isə aşağıdakı nüanslara diqqət etməlidir:

* Metro və avtobuslarda ayaqda dayanın.

* Liftdən istifadə etməyin.

* Ayaqüstü həll edə biləcəyiniz işləri görərkən oturmayın.

* Telefonla danışarkən yeriyin.

*Ev işləri görün.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!