Qəhvə beynin strukturunu dəyişir

Qəhvə beynin strukturunu dəyişir
Faydalı məsləhətlər
10.09.2017 14
Stenford
Universitetinin bir qrup alimi yeni tədqiqat zamanı beynin indiyə qədər
məlum olmayan maraqlı xüsusiyyətini üzə çıxarıb. Məlum olub ki, qəhvə
baş-beyində neyronlararası əlaqələrə qeyri-adi təsir göstərir.

Ekspertlər
tədqiqat çərçivəsində daim qəhvə içən adamların baş-beyninin
fəaliyyətini 18 ay ərzində MRT-nin köməyi ilə müşahidə ediblər. Bu metod
beynin müxtəlif şöbələri arasındakı əlaqələrdə qəhvə içilməsi ilə bağlı
dəyişiklikləri aşkar etməyə kömək edib. Tədqiqatların nəticələrini
təhlil edən alimlər müəyyən ediblər ki, orqanizmdə kofeinin
konsentrasiyası az olduqda, baş-beynin motor və somatosensor şəbəkəsi
arasında əlaqə yetərincə güclü, kofeinin konsentrasiyası çox yüksək
olduqda isə zəifləyir.

Mütəxəssislər
qeyd edirlər ki, xarici qıcıqlandırıcıların xassələrinin müəyyən
olunmasına somatosensor zona nəzarət edir. Bu, insana ağrını,
temperaturu hiss etmək və cavab reaksiyası vermək imkanı verir.
Əzələlərin yığılmasına beynin motor şəbəkəsi nəzarət edir. Bu da
müxtəlif incə hərəkətlər etməyə, məsələn, yazı yazmağa, danışmağa,
pianoda çalmağa və s. imkan verir.

Alimlər
baş beyindəki əlaqələr ilə kofein arasındakı korrelyasiyanın müsbət və
ya mənfi olduğunu əminlik hissi ilə deyə bilmirlər. Onlar yaxın
vaxtlarda bu problemi nevrolojı, habelə beynin müxtəlif şöbələri
arasındakı əlaqələrin pozulmasından əziyyət çəkən pasiyentlərdə
öyrənməyi planlaşdırırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!