Ağız qoxusunu aradan qaldırmağın yolları

Ağız qoxusunu aradan qaldırmağın yolları
Faydalı məsləhətlər
10.09.2017 13
Həyatınızı kabusa çevirən ağız qoxusu 



Ağız
qoxusunun ağız içi ilə bağlı və sistematik səbəbləri var. Sistematik
səbəblərə mədə problemləri, boğaz infeksiyaları və ağız quruluğundan
yaranan ağız qoxusu daxildir. 



Dişlərdə
rast gəlinən ən böyük problem diş ətinin qanamasıdır. Diş əti
qanamasıyla nəticələnən ağız qoxusu problemi dental xəxtəliklə
əlaqələndirilir. Diş əti ilə əlaqəli olan ağız qoxusu hormonal və irsi
səbəblərdən baş verə bilər. Dişlərin müalicəsi zamanı ilk öncə dişlərdə
baş verən sümük əriməsi səviyyəsi yoxlanılır. 



Dişlərin
ilkin müalicəsi zamanı diş daşları təmizlənir. Diş daşları bakteriya
düyününün üzərinə mineralların toplanması nəticəsində yaranır. Diş əti
bu daşlara sürtündükcə qanamalar baş verir və bakteriya düyünü daha çox
artdığından ağız qoxusu yaranır. Diş əti daşları təmizləndiyi zaman diş
ətlərinin şişi yatdıqdan sonra dərin toxumaların daha çox zərər gördüyü
ortaya çıxarsa, küretaj deyilən yeni bir müalicə üsulundan istifadə
edilir. 



Ağız
qoxusunun digər səbəblərindən biri də ağıl dişləridir. Ağıl dişləri
çıxarkən, ağız içərisində boşluqlar yaradır. Diş gec çıxdığı zaman həmin
boşluqlar bakteriyalarla dolur. Onları təmizləmək çətin olduğu üçün
dişlər mütləq çəkilməlidir. 



Burun
tıxanıqlığı yaşayan adamlar ağızla nəfəs alarkən, diş ətləri quruyur.
Quruyan diş ətləri çatladığı üçün bakteriyalar daha çox yığılır və
infeksiyalara yol açır. 



Ağız qoxusunu aradan qaldırmağın yolları 



Ağız
qoxusunu aradan qaldırmaq üçün gündə ən azı 2-3 litr su içmək lazımdır.
Su içmək ağızda tüpürcək axınını artırır və ağızın təmizlənməsini təmin
edir. Tüpürcək dişlərin üzərinə bakteriya düyünlərinin yığışmasına mane
olur. 



Yeməyi
tək tərəfli çeynəmək qanama və ağız qoxusuna səbəb olur. Bir tərəfli
yemək yemək hərəkət edilməyən tərəfdə dişlərin üzərinə bakteriyaların
yığılmasına səbəb olur. Qidanı hər iki tərəflə çeynəmək lazımdır. 



Yediyimiz, içdiyimiz hər bir qida dilimizə toxunduğu üçün dilimizi də fırçalamalıyıq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!