Qırışları aparır, saçları, dırnaqları uzadır...

Qırışları aparır, saçları, dırnaqları uzadır...
Faydalı məsləhətlər
10.09.2017 12
E
vitamini bədənin bəzi funksiyaları üçün vacib rol oynayan bir
mikro-qida maddəsidir. Sadəcə güclü bir antioksidan deyil, eyni zamanda
immunitet sistemini gücləndirir, sağlam saç və dəri qulluğunda
faydalıdır. E vitamini kəpəkli taxıllar, toxumlular, fındıq, Hindistan
qozu yağı, zeytun yağı, avokado və yaşıl yarpaqlı tərəvəzlər daxil
olmaqla müxtəlif qidalarda var. Bu qidaları yemək və sağlam bir
qidalanma tarazlığı yaratmaq, saçlar və dəri üçün gözlə görüləcək qədər
dəyişiklik əldə etmək istəyirsinizsə, E vitamini həbləri və yağından
istifadə edin.

 

1. Qırışlarla mübarizə aparır

E
vitamini qırışlar və digər yaşlanma əlamətləri ilə mübarizədə böyük rol
oynayır. Güclü bir antioksidan kimi bədəndəki hüceyrə oksidləşməsi
səbəbindən yaranan ziyanı aradan qaldırmağa kömək edir. E vitamini yağı
yaşlanma müddətində böyük rolu olan bədəndəki sərbəst radikalların
qarşısını almaq üçün fəaliyyət göstərir. Yüksək miqdarda C vitamini ilə
kombinə edildikdə isə E vitamini təbii günəşdən qoruyucu təsirə malik
olur və yaşlanmanı gecikdirir, dəri xərçəngindən qoruyur.

 

Faydalanmaq üçün

E
vitamini ehtiva edən qidaları yeməklə yanaşı, gecələr yatmazdan əvvəl
dərinizə E vitamini yağı, Hindistan qozu yağı və ya zeytun yağı sürtün.
Səhər oyandığınız zaman məsamələrinizin tıxanmasınının qarşısını almaq
üçün duş qəbul edin və ya üzünüzü yuyun.

 

2. Saçları uzadır

E
vitamini qan damarlarını genişləndirir, dolayısı ilə saç dərisi və
köklərinə daha sağlam təsir edir. Bu da saçların daha sağlam olması və
tez uzanmasına kömək edir. Bundan əvvəl qeyd etdiyimiz kimi, eyni
zamanda güclü bir antioksidan olan E vitamini ziyan dəymiş saç
köklərinin yenilənməsinə kömək edir və saçların vaxtından tez ağarmasına
mane olur.

 

Faydalanmaq üçün

E
vitamini ehtiva edən qidaları yeməklə yanaşı, saça qulluq
vasitələrinizə zeytun yağı və Hindistan qozu yağı ilə E vitamini əlavə
etsəniz və bu qarışıqla saç köklərinizi masaj etsəniz, saçlarınız parlaq
olacaq və tez uzanacaq. Bu qarışığı 30 dəqiqə saçlarınızda saxlayın və
sonra yuyun.

 

3. Quru dərini yumşaldır

E
vitamini quru və korlanmış dəri üçün ən yaxşı nəmləndiricilərdən
biridir, xüsusən də əllər üçün. Bu mikro-qida antioksidan gücü ilə
dərini elastik saxlamağa kömək edir və çatlamasının qarşısını alır.

 

Faydalanmaq üçün

E
vitaminli qidalar yeyin. Bununla yanaşı, bədən lasyonunuzun içərisinə E
vitamini qatın, gecə yatmazdan əvvəl və səhərlər istifadə etsəniz,
yaxşı nəticələrini görərsiniz.

 

4. Çatlayan dodaqlara yaxşı təsir edir

Xüsusən
həddən çox günəş, külək və soyuq havaya məruz qalan dodaqlar quruyur və
çatlayır. E vitamini bu problemə güclü təsir edir.

 

Faydalanmaq üçün

Zərər görmüş hissəyə E vitamini yağı və ya E vitamini kapsulundan bir az sürtün.

 

5. Yara və çat izlərini azaldır

Hamiləlik
və ya ani olaraq çəkinin artıb-azalması səbəbindən gözlə görülən və
görülməyən çat izləri qadınların özlərinə güvən hissini azaldır. E
vitaminin faydalarından biri də bu izləri görünməz hala gətirməkdir. E
vitamini dərinin nəmlənməsini təmin edir və zədələnmiş hüceyrələrin
yenilənməsini sürətləndirir. Güclü antioksidan təsiri ilə kallogen
lifləri sərbəst radikallardan qoruyur.

 

Faydalanmaq üçün

E
vitamini yağını zərər dəymiş dəriyə sürtün və 10-15 dəqiqə masaj edin.
Təsirini artırmaq üçün zeytun yağı, Hindistan qozu yağı və ya limon suyu
ilə qarışdırın. Bunu iki dəfə təkrara edin və hər dəfə 20-30 dəqiqə
sonra yağ sürtdüyünüz yeri yuyun.

 

6. Dırnaqları uzadır

Qırılan
dırnaqlar əsasən yaşlanma müddətinin bir hissəsidir. Eyni zamanda
göbələk infeksiyası və bəzi digər xəstəliklərdən dolayı da baş verə
bilər. E vitamini qırılan dırnaqlar üçün yaxşı dərmandır, nəmləndirici
və elastikliyi artırmaq üçün kömək edir. E vitamini yağını davamlı
olaraq istifadə etmək çatlama və qırılma riskini azaldır.

 

Faydalanmaq üçün

Yatmazdan
əvvəl dırnaqlarınıza sürtün, 10-15 dəqiqə masaj edin. Həftədə bir neçə
dəfə ilıq suya qatacağınız E vitamini yağı, zeytun yağı və Hindistan
qozu yağı da bu problemi aradan qaldırmağa kömək edər.

 

7. Dəri iltihabına yaxşı təsir edir

Qızartı,
dəridə yanma və şişmə hissi ilə xarakterizə edilən dəri iltihabları E
vitamininin   antioksidan təsiri ilə azala bilər. Yatmazdan əvvəl
infeksiya olan hissəyə sürtün, səhəri gün yuyun. Simptomlar birdəfəlik
yox olanadək istifadə edin. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!