Şabalıdın qızardılma qaydası

Şabalıdın qızardılma qaydası
Faydalı məsləhətlər
10.09.2017 14
Şabalıdın iki növü mövcuddur – at şabalıdı və nəcib şabalıd (əsil
şabalıd). Yalnız nəcib şabalıdın barı yeməlidir. Ölkəmizdə Şəki-Zaqatala
zonası şabalıd bağları ilə məşhurdur. Bir çox dükan və bazarlardan
almaq mümkündür. Dünyanın bir sıra ölkəsində yetişdirilməsinə baxmayaraq
fransızlar şabalıdı öz milli məhsulu kimi tanıyırlar.

Şabalıdı əsasən qızardıb və ya qovururlar. Nadir hallarda onu müxtəlif
şirin xəmir işlərində və desertlərdə istifadə edirlər. Azərbaycanda
şabalıd həmçinin müxtəlif növ plovlarda istifadə edilir.



Şabalıdı hazırlamaq heç də çətin deyil. Kifayətdir ki onların üst
hissəsində dərin, xaç şəklində kəsik edib və onları əvvəlcədən 200°C
temperaturunda qızdırılmış sobada 20-30 dəqiqə bişirəsiniz. Bişmə zamanı
şabalıdın üst hissəsi partlayır və içərisi yumşalır. Hazır şabalıdlar
soyudulur və təmizlənir. Duz vurmaq lazım deyil, çünkü duz vurulduqda
onların üzərində ağ rəngdə ərp əmələ gəlir. Dadına görə şabalıd bir
qədər meşə fındığını xatırladır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!