Çaydanı ərpdən təmizləmə üsulları

Çaydanı ərpdən təmizləmə üsulları
Faydalı məsləhətlər
10.09.2017 14
Kran
suyunu istifadə edərək, zamanla çaydanın dibində möhkəm çöküntülər
əmələ gəlir. Bu ərpdir. Çaydanı bu cür çöküntülərdən qorumaq praktiki
olaraq mümkün deyil. Əlbətdə xüsusi süzgəclərdən istifadə etməklə siz
ərpin əmələ gəlməsini gecikdirə bilərsiniz, lakin tam olaraq onun
qarşısını almaq mümkün deyil.



Bu arada sual yaranır: bəs çaydanı ərpdən necə təmizləyək? Ərplə dolu
çaydanda su gec qızır və xoşagəlməz dad əmələ gəlir. Təbii ki, indiki
zamanda bir çox dükanlarda müxtəlif növ ərpə qarşı kimyəvi vasitələri
var. Lakin bu məqalədə biz sınanmış xalq vasitələri istifadə etməklə bu
problemin öhdəsindən gəlməyə kömək edəcik.

 

Limon turşusu.

Çaydan
2/3 həcmində soyuq su ilə doldurulur və ora limon turşusu əlavə edilir
(1 x/q limon turşusu 1 litr suya hesabı ilə). Su qaynama həddinə
çatdırılaraq, 5 dəqiqə qaynadılır. Bu cür çaydanı bir gecə saxlayıb,
səhər onu yaxşı yumaq lazımdır. Və ya qaynayandan sonra qapağını açıb
sirkələyərək, dibində nə qədər ərpin qalmağını görə bilərsiniz. Çaydan
kifayət qədər təmizlənməsə, bu üsulu təkrar etmək olar.

 

Sirkə turşusu.

Limon
turşusunun əvəzinə, 2 - 2,5 litr çaydan həcminə 100 ml 9% sirkə turşusu
istifadə etmək olar. Məhlulu 15-20 dəqiqə qaynadandan sonra boşaldıb,
çaydanı təmiz su ilə bir neçə dəfə yaxalayıb və təmiz su ilə qaynadıb
boşaltmaq lazımdır.

 

Qazlı sular.

Son
illər bir çox evdan xanımlar ərp əleyhinə "Fanta", "Kola", "Sprayt" və
bu kimi qazlı sulardan istifadə etməyə başlayıblar. Bu üsulda qeyri
adilik yoxdur - onların tərkibində limon şirəsi var. Onları çaydana
tökməzdən əvvəl qazları mümkün qədər çıxarılmalıdır. İçki çaydana yarı
həcmində əlavə edilir və 5-10 dəqiqə qaynadılır. Bir gecə çaydanda qalıb
soyuyandan sonra atılır və çaydan yaxşı yaxalanır. Ərpdən əsər-əlamət
qalmayacaq.

 

Unutmayın:
hər hansı üsuldan istifadə etsənizdə, nəticədə çaydanı çox sayda
yaxalayın, yoxsa "kimyanın" qalıqları zəhərlənmə verə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!