Soyuq havada xəstəliklərdən belə qorunun

Soyuq havada xəstəliklərdən belə qorunun
Faydalı məsləhətlər
10.09.2017 24
Payız və qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq
üçün xüsusilə C vitamini ilə zəngin qidalara önəm vermək lazımdır.

Bununla
yanaşı digər vitaminləri də təxirə salmayın. Əsasən C, A və E vitamini
baxımından zəngin olan qidalar yeyin. Güclü metabolizmanın təməlində
kifayət qədər və balanslı qidalanma durur. Qidalanmada C vitamininə
xüsusi yer verilməlidir. Bu vitamin yaşıl bibər, cəfəri, gül kələmi,
tərə, ispanaq, portağal, limon, naringi, itburnu kimi qidalarda bol
miqdarda var.

Digər vacib antioksidan olan E vitamininin zəngin qaynaqları
fındıq, qoz, badam kimi yağlı toxumlar, duru yağlar, yaşıl yarpaqlı
tərəvəzlər, quru paxlalılar və taxıl kimi qidalardır.

A vitamini də güclü antioksidandır. Yumurta, süd, balıq, ispanaq,
portağal, kök, yaşıl bibər, ərik kimi sarı, narıncı və yaşıl meyvə və
tərəvəzlərdə var. Həftədə 2-3 dəfə quru lobya, noxud, mərcimək kimi quru
paxlalılar yeyilməlidir.

Yemək zamanı qatıq, ayran və ya kefirə mütləq yer verilməlidr. Gün
ərzində çalışın bol miqdarda su için. Çay və ya qəhvə yerinə bitki
çayları için. Onların arasında itburnu, adaçayı, cökə kimi bitki
çaylarına üstünlük verin. Bunların isə bədənə təsirlərini nəzərə alaraq,
təbii üsullarla qurudulmuş olması və çay halına gətirilməsi üçün
dəmlənmə müddətinə xüsusi diqqət edilməlidir.

C vitamini başda olmaqla hər yemək zamanı meyvə və tərəvəz yemək
vacibdir. Şorba kimi maye dəyəri yüksək olan yeməklərə üstünlük verin,
bədəndən toksin maddələrin uzaqlaşdırılması üçün bol su için.



Soyuq havada ürəyinizi qoruyun

Ürək xəstəlikləri soyuq havada diqqət edilməsi lazım olan
xəstəliklər qrupuna başçılıq edir. Həyat tərzinizi mümkün qədər mövsümə
görə uyğunlaşdırın. Çünk infakt riski qış aylarında ciddi sürətdə artır.
Bunun səbəbi soyuq havanın yaratdığı damarlarda büzülmə və qışda
hərəkətliliyin azalmasıdır. Soyuq hava ürək xəstəliyi olmayan insanlarda
belə, sinə ağrısına səbəb olur. Buna görə də mövsümə uyğun geyinməli,
dərmanlar nizamlı olaraq qəbul edilməli, fiziki aktivlikdə fəal olmaq
lazımdır. Əgər soyuq havada sinə ağrınız şiddətlənərsə, mütləq həkimə
müraciət edin.



Yaş saçlarla küçəyə çıxmayın

Soyuq hava herpes virusunu aktivləşdirir. Bunun nəticəsində üz
iflici yaranır. Üzün bir tərəfində qaşı qaldırmaq, gözü bağlamaq, ağız
hərəkətləri edə bilməmək ilk göstəricilərdir. Üz iflicindən qismən
qorunmaq mümkündür. Buna görə də nəmli saçlarla küçəyə çıxmayın. Soyuq
havada uzun müddət açıq məkanda durmayın, getdiyiniz maşının pəncərəsi
açıq olmamalıdır.  



Göz qızarması

Soyuq havada ən çox rast gəlinən narahatlıqlardan biri də qırmızı
göz xəstəliyidir. Soyuq hava və külək insanın üzünə vurduğu zaman gözdə
qaşınma və yanma baş verir. Bu, müalicəsi olan, lakin ciddi xəstəlikdir.
Buna görə də soyuq və küləkli havada gözlərin ətrafını bağlayan
eynəklərdən istifadə edin. Eyni zamanda kondinsioner və saç qurudan
alətin küləyinin gözlərinizə doğru vurmamasına diqqət etmək məsləhətdir.
Ümumiyyətlə, qış aylarında soyuqdan qorunmaq üçün üzünüzə nəmləndirici
və qidalandırıcı kremlər çəkin, hətta günəşdən qoruyucu krem də istifadə
edin, bol maye qəbul edin, təzə meyvə-tərəvəz yeyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!