Çuğundurun tez hazırlanması

Çuğundurun tez hazırlanması
Faydalı məsləhətlər
10.09.2017 6
Çuğundur - məşur salat tərəvəzidir. Veneqret,
şuba və digər bu kimi klassik salatların əsas inqredienti çuğundurdur.
Bildiyimiz kimi bu tərəvəz salatlarda artıq bişirilmiş halda istifadə
edilir. Çuğundur gec bişir və bəzi sirləri bilməklə onun bişmə vaxtını
2-3 saatdan 10-45 dəqiqəyə qədər azaltmaq mümkün olar.

Üsul
1. Çuğundur 30 dəqiqə qaynadılandan sonra 15 dəqiqəlik buzlu suda
saxlanılır. Bu cür sərt temperatur fərqi çuğunduru hazır vəziyyətə
gətirəcək. Bundan əlavə bu üsulla hazırlanan çuğunduru təmizləmək daha
rahatdır.

Üsul
2. Çuğunduru mikrodalğalı sobada bişirmək. Bişirilmiş çuğundur
qaynadılmış çuğundurdan daha şirindir və o özündə daha çox vitamin
saxlaya bilir. Bu üsulla tərəvəzin hazırlanmasına 7 dəqiqədən 20
dəqiqəyədək vaxt gedə bilər. Bu vaxt tərəvəzin ölçüsündən və
mikrodalğalı sobanın gücündən asılıdır.

Əvvəlcədən
çuğundur yuyulur, bir neçə yerindən çəngəl ilə dəliklər açılır və
xüsusi boşqaba qoyaraq qapağı bağlanıb mikrodalğalı sobaya
yerləşdirilir. İri tərəvəzi tez hazırlamaq üçün əvvəlcədən onu dörd
yerə kəsmək olar. Mikrodalğalı sobada bişirdikdə, 7 dəqiqədən sonra
çəngəl ilə yoxlamaq lazımdır. Əgər çəngəl çuğunduru sərbəst deşirsə,
deməli tərəvəz hazırdır. Əks halda o yenidən 5 dəqiqəlik sobaya
qaytarılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!