Kakaonun hazırlanma qaydası

Kakaonun hazırlanma qaydası
Faydalı məsləhətlər
10.09.2017 12
Klassik
südlü kakao hazırlanmasında inqredientlərin hesabı: 200 ml südə 1-2 çay
qaşığı kakao tozu və 1-2 çay qaşığı şəkər tozudur. İçkiyə daha çox
şəkər tozunun qatılması natural kakao dadını itirə bilər.

Hazırlanması

Qazanda
lazımı miqdarda kakao və şəkər tozu yaxşı qarışdırılır. Üzərinə bir
qədər qaynar su və ya qaynar süd əlavə edib, qabarıqsız şokoladlı məhlul
alınana qədər bir daha qarışdırılır. Qazana qaynar süd əlavə edib,
dayanmadan qarışdıraraq qaynadılır. İçki oddan götürülüb stəkanlara
süzülür.

Əlbəttə,
digər üsul ilə də hazırlamaq olar: kakao və şəkər tozunu südə əlavə
edib, bundan sonra uzun müddət qarışdırmaq. Lakin belə halda içkidə
qabarıqların əmələ gəlməsi bəzən qaçılmazdır.

İçki daha da dietik alınması üçün südü su ilə 1,5:0,5 və ya 1:1 nisbətində qarışdırmaq olar.

Bəzən
kakao istehsalçıları kakaonun südsüz, yalnız suda hazırlanmasının
mümkünlüyünü istisna etmirlər. Lakin bu üsul kakao tozunun yüz faizdik
olduğu halda düzgün hesab edilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!