Balın sağlamlığınız üçün 10 faydası

Balın sağlamlığınız üçün 10 faydası
Faydalı məsləhətlər
10.09.2017 14
Bal
bəşəriyyət tarixi boyunca dadlandırıcı və qoruyucu kimi istifadə
edilmiş bir maddədir. Şirininin ruh halına yaxşı gəldiyi məlumdur amma
balın bundan daha çox faydası var.

Vitamin və mineral mənbəyidir

İmmunitet sistemini gücləndirmək də daxil bədəninizə bir çox faydası
olan C vitamini baxımından zəngindir. Eyni zamanda sümükləri gücləndirən
kalsium baxımından da.

 

Qırmızı qan hüceyrələrinin sayını artırır

Ballı su içmək bədəndəki qırmızı qan hüceyrələrinin sayını artırır,
bu da qana daha çox oksigen qarışması anlamına gəlir. Oksigen
səviyyəsinin hündürlüyü isə orqanizmin səmərəliyini artırır. Eyni
zamanda enerjinizi artırar, daha asan məşq etməyinizi təmin edər.

 

Şəkərə möhtəşəm bir alternativdir

Bal şəkərlidir amma tərkibi səhərlər qəhvəyə əlavə etdiyiniz ağ
şəkərdən fərqlidir. Kimyəvi quruluşlarına çox girmədən izah etməyə
çalışsaq, bal gerçək şəkərdən ibarətdir.

 

Bir çox tibbi istifadəsi var

Bal antibakteriyaldır və bir dezinfeksiya edici olaraq istifadə edilə
bilər. Aparılan klinik sınaqlarda saf balın yara və bəzi digər
yaralanmalara yaxşı gəldiyi kəşf edilmişdir. Bundan başqa, bəlğəm və
astma müalicələrində də istifadə edilir.

 

Cildi yeniləyir

Bal dermatit və kəpək kimi dəri xəstəliklərini azaldır. Xəstəliyə
məruz qalan bölgələrə bal sürtüldükdən sonra yaxşılaşdığı müşahidə
edilmişdir. Saç tökülməsinə də faydalı olduğu irəli sürülür.

 

Öskürək dərmanına alternativ

Bal xüsusən də uşaqlarda tıxanıqlıq simptomlarını yüngülləşdirir.
Sirop konsistensiyalı bal ağız içində bir təbəqə yaradır və
beləliklə təhrik olmuş sahələr yatışır, infeksiya yayılması zəifləyir.

 

Allergiya əlamətlərini azaldır

Çiçəklərdən əldə edilən bal peyvənd kimi allergiya simptomlarını
yüngülləşdirir. Orqanizmə kiçik miqdarda aşılamaq zaman ərzində
sözügedən kimyəvi maddəyə immunitet inşa edir.

 

Sürətli enerji dəstəyi

İdmançılar enerji azalması yaşayanda bir qaşıq bal yeyirlər. Daha
əvvəl də qeyd etdiyimiz kimi bal qırmızı qan hüceyrələri üzərində müsbət
təsirə malikdir və oksigen səviyyəsini yüksəldir. Əlbəttə, çox oksigen
daha çox enerji deməkdir.

 

Xərçəngdən qoruyur

Bal bəzi xərçənglərin riskini azaldan müxtəlif flavonoidlerdən
ibarətdir. Klinik olaraq sübut edilməmiş olsa da, siqaret çəkənlərdə və
qadınlarda əhəmiyyətli təsirləri görülmüşdür.

 

Bal dolu təriflər

Bal çayda, şirniyyatlarda və bir çox tərifdə yerini alır. Faydalı olduğu qədər də ləzzətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!