Çox düşünməyin

Çox düşünməyin
Faydalı məsləhətlər
10.09.2017 2
Mükəmməllik deyə bir şey olmadığını bilin

Nə qədər çox çalışsanızda, mükəmməllik nöqtəsinə çata
bilməyəcəksiniz. Bunun səbəbi sizin kifayət qədər yaxşı olmamağınız
deyil, elə bir faktın əslində mövcud olmamasıdır. İdeala çatmaq istəyi
sizi yalnız stressə salacaq.

 

Düşünməyə ayırdığınız vaxtı qısaldın

Böyük bir qərar verməzdən əvvəl bunu dərhal etməkdən qorxuruq. Bu
səbəbdən düşünmək üçün özümüzə vaxt veririk. Lakin, bu zaman adətən
həddindən uzun olur və məsələ haqqında nə qədər çox düşünsəniz qərar
vermək o qədər çətinləşir. Özünüzə əzab vermək əvəzinə mövzunu düşünmək
üçün özünüzə müəyyən bir vaxt qoyun. Məsələn, "Sabah saat 3-ə qədər
qərarımı verəcəm" deyərək düşünmə vaxtınıza müəyyən bir müddət qoya
bilərsiniz.

 

Diqqətinizi dağıdın

Bəzən bir problemlə mübarizə etməzdən əvvəl edilə biləcək ən yaxşı
şey beyninizi o mövzudan uzaqlaşdırmaqdır. Beləliklə, fikirlərinizi
toplayar və daha açıq bir şəkildə hadisələrə baxa bilərsiniz. Əgər bir
məsələ haqqında qərar verməkdə çətinlik çəkirsinizsə, beyninizi biraz
mövzudan uzaqlaşdırın.

 

Başqaları ilə danışın

Əgər həddindən artıq düşünürsünüzsə və buna mane ola bilmirsinizsə,
mövzunu güvəndiyiniz biri ilə məsləhətləşə bilərsiniz. Yoldaşlarınızla
və ya ailənizlə məsləhətləşməkdən çəkinməyin.

 

Rahatlanın

Həddindən artıq düşünmək və hadisələri ən incə təfərrüatına qədər
təhlil etmək stressə səbəb olur, hətta sizi depressiyaya da sala bilər.
Bu səbəblə də mənfi düşüncədən xilas olmağınız vacibdir. İdman edərək
həddindən artıq düşünməyin gətirdiyi stressdən xilas ola bilərsiniz.

 

Risk almaqdan qorxmayın

Bəzən həddən artıq düşünməməli və risk alaraq şansımızı sınaqdan
keçirməliyik. Taleyin qərar verməsinə icazə vermək sizi qərar vermə
stressindən azad edəcək. Unutmayın, bəzən düşünmək yalnız stressə və
nəticələrin təxirə salınmasına səbəb olur.

 

Çox düşünmək əvəzinə yaxşı düşünün!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!