Duzlu xiyarın düzgün hazırlanması

Duzlu xiyarın düzgün hazırlanması
Faydalı məsləhətlər
10.09.2017 16
Duza qoymanın klassik reseptində sirkə istifadə edilmir, bunun üçün tünd duzlu su məhlulu gərəkdir.

Xiyarları
fərqli miqdarda duz tərkibli suda bağlamaq olur, bir litr suya 60-300
qr duz qatmaqla. Duzun nisbətləri zövqə görə seçilir.

Duzlu
hazırlayarkən, ətirli otlar və ədviyyatlardanda istifadə etmək
lazımdır. Ədviyyat qarışığını insan öz zövqünə görə seçməlidir, burada
bir qayda yoxdur. Belə bir dəst məsləhət görmək olar: üç litrlik duzlu
xiyar bankasına 50 qr şüyüd, 1-2 diş sarımsaq, 8 ədəd albalı və 8 ədəd
qarağat yarpağı, 2-3 ədəd palıd yarpağı, 3 ədəd reyhan saplağı, 1 ədəd
tərxun saplağı, 1 ədəd qıtığotu (xren) yarpağı, 2 çimdik qırmızı istiot
və zövqə görə qara istiout.

Hazırlanması.

Sterilizə
edilmiş bankalar xiyarla doldurulur, ədviyyatlar, yarpaqlar və otlar
hər tərəfli düzülərək əlavə edilir. Duz suda əridilir. Hazırlanmış duzlu
su qaynama həddinə gətirilir, soyudulur və xiyarla dolu bankaya
tökülür. Banka polietilen qapaqla bağlanılır. Duzlu xiyarlar otaq
temperaturunda 3 gündən 10 günə qədər saxlanılır, sonra banka soyuq yerə
yerləşdirilir.

Məsləhətlər.

- Duza qoyarkən doğranılmamış xiyarlardan istifadə edin, nəticədə duzlu daha dadlı və C vitamini ilə zəngin alınar.

-
Məhsulları əvvəlcədən düzgün hazırlayın. Duza qoymamışdan əvvəl,
xiyarlar bir neçə dəfə şotka ilə soyuq suda yuyulmalı, sonra bir qədər
isti suda yuyulmalı və sonra soyuq suda 3-4 saat saxlanılmalıdır.

- Duza qoymamışdan əvvəl xiyarlar ölçüyə görə sortlanmalıdır, belə halda hamısı eyni miqdarda duzlanar.

- Ədviyyat və otların seçiminə məhsuliyyətlə yanaşmalısınız, çünkü duzlunun yaxşı çıxması 50% ədviyyat seçimindən asılıdır.

-
Duza qoymamışdan öncə mütləq bankalar təmiz yuyulub sterilizə
edilməlidir. Duzlunun uzun müddət qalmasının əsas və birinci səbədi məhz
təmiz məhsul, təmiz qab-qacaq və duzluya ilk həftə olan qulluğun
olmasıdır.

- Qaynadılmış duzlu suyu bankaya tökməmişdən əvvəl onu mütləq süzgəcdən keçirtmək lazımdır.

-
Duzlunun saxlanılması üçün daha yaxşı temperatur -1-dən 4°С qədərdir.
Duzlunu 1 ay (20-40 gün) müddətindən sonra istifadə etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!