Yumurtanın sarısını ağından ayırma üsulları

Yumurtanın sarısını ağından ayırma üsulları
Faydalı məsləhətlər
10.09.2017 13
Mütləq
yumurta alarkən onun təzəliyinə fikir verin. Nə qədər yumurta təzə olsa
bir o qədər sarısı daha sıx ağına bitişik olur və daha rahat ayrılır.

Bıçağın
küt tərəfi ilə və ya çəngəl ilə yumurta tən ortadan sındırılır, sonra
isə iki yerə ayrılır. Belə halda ağın bir hissəsi boşqaba tökülür, digər
hissəsini tökmək üçün isə sarını yumurta qabığı ilə saxlayıb bir qədər
əyirik qaba tərəf.



Ən
asan üsul - əllərinizin ikisinidə birləşdirib, yumurtanı sındırıb
əllərinizə töküb və yumurtanın ağını barmaqlarınızın arasından
axıtmaqdır. Lakin bu üsulda əlləriniz batacaq.



Digər
üsul isə bir qədər bacarıq tələb edir. Yumurtanı sındırandan sonra,
sarısını ehtiyyatla bir qabıqdan o birisinə keçirməkdir. Bir neçə dəfə
belə etdikdə yumurtanın ağı tamamilə töküləcək.

Üçüncü üsul isə - xüsusi cihazın köməyindən istifadə etməkdir. Məsələn yumurta "tapancası".




bu cihazın işləmə prinsipi ilə tanış olduqda, məlum olur ki adi 2 litr
həcmində olan "Coca Cola" va ya digər plastik butulka vasitəsi ilə də
yumurtanın sarısını ayırmaq mümkündür. Bunun üçün yumurta sındırılıb bir
boşqaba boşaldılır, sonra butulkanı biraz sıxıb və ağzını sarısına
yaxınlaşdırıb sıxmanı azaltmaq lazımdır. Bu halda yumurtanın sarısı
rahatlıqla butulkaya keçəcək və onu digər boşqaba yerləşdirmək asan
olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!