Qarpız necə seçilməlidir

Qarpız necə seçilməlidir
Faydalı məsləhətlər
10.09.2017 10
Qarpızın
seçimi zamanı ən əsas şey - tələsik almamaqdır. Azərbaycan iqlimində
qarpız əsasən iyul-avqust aylarında yetişib satişa çıxarılır.
 Eyni
qarpız növündən daha yaxşı olarki böyüyünü seçəsiniz, lakin çox nəhəng
olmamalıdır. Bu zaman qarpız nə qədər böyük və yüngül olarsa, o qədər
dəymiş hesab edilir. Qarpız seçimində çox xırda və çox
irilərindən çəkinmək lazımdır. Qarpızın "optimal" çəkisi - təxminən 10
kq.

Qarpızın
yetkinliyini bildirən əlamət - quru quyruqcuqdur. Yetişərkən, qarpız
ilk növbədə bostandan "sönür", o zaman quyruqcuğu quruyur. Sonra ona
artıq lazım olmayan - onun inkişafına cavabdeh olan, günəş işığını
toplayan və qarpıza nəfəs verən - xlorofil piqmenti kəsilir və onun
üzərində açıq rəngli ləkələr yaranır.

Qarpızın bir tərəfi üstə qaldığından yaranan böyründəki açıq ləkə maksimum sarı, hətta narıncı rəngdə olmalıdır.

Qabığın üzərindəki zolaqlar maksimum fərqlı olmalıdır.

Yetişmiş
qarpızın üstü mütləq möhkəm və parlaq olmalı, qabıq dırnaqla
deşilməməlidir, çünki, bostandan çıxarılan qarpız artıq maye qəbul edə
bilmir və onun qabığı quruyub bərkiyir. Lakin, əgər dırnaq qabıqda dəlik
yaradırsa, deməli qarpız hələ yetişməyib, kaldır. Həmçinin qarpızın
qabığını sürtüb iyləmək olar - yeni kəsilmiş ot qoxusu gələrsə, o zaman
qarpızın kal olmasından şübhə etmək olar.

Yetişmiş
qarpızı əlnən vurduqda o həmişə yay kimi əyilib əlinizi əks
etdirməlidir. Əgər dəymiş qarpıza qulağnızı söykəyib vursanız, o zaman
təmiz, cingiltili səs eşidməlisiniz. Həmçinin dəymiş qarpızı qulağnıza
söykəyib azacıq iki əlnən əzsəniz qabığı cırıldayacaq.

Qarpızın
dəyib-dəymədiyini yoxlamağın digər üsulu isə onu suya atmaqdır - əgər
üzə çıxırsa deməli dəymiş qarpızdır. Lakin mağazadan qarpız alarkən bu
metodu çətin ki kimsə tətbiq edər.

Qarpız
- xonsa giləmeyvədir. "Kişi cinsində" giləmeyvənin aşağısı qabarıqdır,
dairəsi isə balacadır. "Qadınlarda" isə aşağı hissəsi daha geniş,
dairəsi isə daha böyükdür. "Qadınlar" daha dadlı hesab edilir: tumları
az, şirnisi isə çox olur.



Ehtiyatlı olun: Nitratlı qarpız!

Əgər qarpız "qədərindən artıq nitratlarla yedirdilibsə", o özü bu haqda işarə verir və aşağıdakı əlamətləri nümayiş etdirir:

- İçərisinin kəsgin qırmızı və azacıq bənövşəyi rəngi

- Ortasından qabığına doğru olan liflərin rəngi normal olaraq ağ deyil, sarı rəngin çalarlarındadır.

- "Səhv" qarpızın kəsilən səthi çox hamar və parlaq olur, lakin "düzgün" qarpızda o dənəciklərlə parlayır.

- Bir tikə qarpızın içini bir stəkan suda qarışdırın. Əgər su sadəcə
bulandısa, deməli o yaxşı qarpızdır. Əgər suyun rəngi qırmızı və ya
çəhrayı oldusa deməli zərərlidir.

Və sonda, kəsilmiş qarpızı soyuducuda (2-3 dərəcə Selsiya temperaturunda) 1 sutkadan artıq saxlamaq olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!