Souslar haqqında

Souslar haqqında
Faydalı məsləhətlər
10.09.2017 37
Sous fransızca "sauce" -
əsas yeməklərə və/(və ya) qarnirlərə vurulan maye ədviyyata deyilir.
Souslar yeməklərin mayeliyini və kaloriyasını dahada artirir. Bəzi
sousların tərkibinə xüsusi ədviyyatların qatıldığı üçün, onlar
insanların həzm orqanlarında bir qədər oyanıqlıq yaradır, həmçinin
sousların parlaq rəngləri əsas yeməkləri insana sərfəli şəkildə kölgəyə
salır. 



Sousları
yalnız hazır yeməklərlə vermirlər, onları həmçinin yeməklərin
hazırlanmasında istifadə edirlər: əksər ərzaqları souslarda bişirir və
ya qızardırlar. Sousların saxlanması və rahat istifadəsi üçün xüsusi
qablar mövcuddur.

Ən çox yayılmış souslar bunlardır: ketçup, mayonez,beşamel (fransızca béchamel), tkemali (gürcücətqemlis sac’ebela), salsa (ispanca salsa), balıq sousu, sarımsaq sousu, göbələk sousu, tartar, qatıq və s.

Beləliklə sous sözünun kökü qədim latın sözü olan salsus — «duzlanmış» mənasına gəlir. Hazırda tanınan və Qədim Roma dövrünə aid olan souslardan biridə balıq sousu — qarum adlanır.

Sousların təsnifatı

Hər
bir sous 2 hissədən ibarət olur — maye hissəsi və əlavələr, hansına ki
daxildi ədviyyatlar və digər ərzaqlar. Hər hansı mayedən ibarət olan və
tərkibində əlavələrin sayı minimum olan sous, əsas sous adlanır. O souslar ki hazırlanmasında bir əsas ərzaq və çox sayda fərqli ərzaqlar, ədviyyatlar istifadə edilib, törəmə souslar adlanır.

Əlavə
tərkib hissəsinin xarakterinə görə, sousları iki əsas qrupa bölürlər:
unla hazır olanlar və tərkibində un olmayan souslar. Tərkibində un olan
sousların rəngi qırmızıdan (qəhvəyi rəngdən qəhvəyi-qırmızı) və ağ
(ağdan açıq boz) rənginə qədər ola bilirlər.



Tərkibi unlu Tərkibi unsuz (yalnız ağ rəngdə) Sulu yeməklərdə (qırmızı və ağ):

- ətli sulu yeməklərdə

- balıqlı sulu yeməklərdə

- göbələkli sulu yeməklərdə

Dietik qidalarda:

- suda

- tərəvəzli həlimlərdə

- yarmalı həlimlərdə

Xama tərkibli (ağ)

Südlü (ağ)

 

Kərə yağında

Bitki yağında

Yumurtalı-yağlı

Sirkəli

Əlavə
olaraq, temperatur baxımına görə də souslar fərqlənir, isti souslar
— isti yeməklərlə verilir, soyuq souslar — soyuq yeməklərlə.

Digər
qrupa şirin souslar aiddir. Onları müxtəlif meyvə və giləmeyvəli
həlimlərdən, şirələrdən, süddən, qırmızı çaxırdan hazırlayırlar. Əlavə
tərkib hissəsi rolunda isə şəkər tozu, vanilin, şokolad, kakao istifadə
olunur. Qatılaşdırıcı məhsullar bu souslarda kartof kraxmalı, bəzilərdə
isə un olur.

Sousların növləri

 Əsas fransız souslarına aiddilər: 

- espaniol (qəhvəyi rəngdə sous), tərkibində qırmızı ru (sous hazırlanmasında istifadə edilən, un və yagdan ibarət olan qatılaşdırıcı məhlul) və bərk ətli bulyondan (sulu yeməkdən).

- velute (ağ rəngli sous), qızılı rəngdə ru və açıq rəngdə toyuq/mal və ya baliq bulyonundan hazırlanır.

- beşamel (südlü sousdur), ağ ru və süddən hazırlanır.

- holland sousu

XX-ci əsrin əvvəllərində Eskofye əsas sousların sıralarına tomat və mayonezi əlavə etmişdir.



Törəmə
sousları adətən əsas sousların tərkibinə müxtəlif ədviyyatlar və
ərzaqlar qatmaqla hazırlayırlar. Onlardan bəzilərinin siyahısını
gətiririk:

- bearn sousu

- şoron

- dijon sousu

- subiz

- avrora

- morney

 

Bu sousları əsasən balıq və ya bifşteks (ingiliscə steak) ilə hazırlanan yeməklərdə istifadə edirlər. 

Acılı souslar:adjika, tabasko, barbekyu-sous, çili-sous, sambal, xarissa, xren sousu, vasabi sousu



- sambal sousu.



- vasabi sousu (wasabi sauce).

Şirin souslar:şokoladlı sous, karamelli sous, vanilli sous, ingilis kremi, meyvəli souslar.



- karamelli sous.

 
Beləliklə, dünyada minlərlə cürbəcür souslar var. Bəzi insanlar onları
xoşlayır və daima yeməkərdə istifadə edir, bəziləri isə onlar haqqında
düşünəndə belə iştahları qaçır. Lakin hər zaman bilmək gərəkdir ki, hər
bir yeməyin öz yaranma tarixi var, ilk olaraq onu bişirən insan, dadan
insan və yeməyin düzgün adı. Məhz buna görə də gəlin bizim ətli kartoflu
sulu yeməklərimizin adlarını düzgün deyək, sous isə sous kimi tanınsın
:)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!